Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2025 , 17:21

1484

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Aqil Heydərov: "Saatlı bələdiyyəsi ilk iclasdan başlayaraq bütün qüvvəsini DSMF borcunu bağlamağa yönəldib"

"Bu gün on Saatlı bələdiyyələrinin əsas məqsədi  BAMS-ın verdiyi imkandan yararlanmaqla DSMF və digər borcları bağlamaqla bələdiyyələrin inkişafına nail olmaqdır"- bu fikirləri Saatlı bələdiyyəsinin  yeni seçilən sədri Aqil Heydərov, Nərimanov bələdiyyəsinin sədri Mir Vasif Miriyevin, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofqlinin və bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən görüşdə deyib. Bu gün Saatlı bələdiyyəsinə iki bələdiyyə Qazanbatan və Mollavaizli bələdiyyələri birləşdirilib. 

Sədr qeyd edib ki, bu bələdiyyələrin elə də ciddi borcları olmasa da şəhər bələdiyyəsinin özünün əvvəlki illərdən yığılıb qalmış külli miqdarda borcları var. Təəssüf ki, bu borcların silinməsi ilə bağlı  bələdiyyədə ciddi addımlar atılmayıb. İlk iclasdan başlayaraq bələdiyyə yeni inzibati binaya köçməklə bütün qüvvəsini borcu bağlamağa yönəldib.

Hazırda son bir ay ərzində artıq irəliləyiş hiss olunmaqdadır. Bələdiyyənin yeni inzibati binasında bələdiyyə qulluqçularının fəaliyyəti üçün tam şərait yaradılmış, vergi xidməti konkret olaraq bələdiyyənin debitor borclarının yığılmasına diqqəti artırıb. Borclularla ciddi maarifləndirici söhbətlər aparılır. Çalışırıq ki, izahat işləri aparılmaqla  vergilərin ödənişinə nail olaq. Ehtiyac olduqda problemi vətəndaşlarla bağlı  icra şöbəsinə müraciətlər ediləcəkdir.

"Bu gün bələdiyyələrin üzləşdiyi problemlərdən biri də torpaqların təyinatının dəyişdirilməsi ilə bağlıdır" bu fikirləri isə Nərimanov bələdiyyəsinin sədri Mir Vasif Miriyev bildirib. 

Sədrin sözlərinə görə, hazırda Nəriamov bələdiyyəsinə beş bələdiyyə Dəlilər, Hacıqasımlı, Məzrəli,  Novruzlu  bələdiyyələri birləşdirilib. Hazırda  birləşdirmədən sonra bələdiyyənin DSMF borcunun həcmi 38.400 manata çatıb.

Lakin bu bələdiyyə ərazisində əkinə yaralı olan 1.460 hektarlıq ərazi örüş sahəsi kimi Reyestrdə qeydiyyata alındığından  bələdiyyə həmin ərazidən icarə haqqları yığa bilmir. Keçmiş sovet dövründən başlayaraq  bu günədək həmin ərazilər əkinə yararlı sahə kimi sakinlərin istifadəsindədir.  Ərazidə kifayət qədər taxıl, yonca və sair dənli bitkilər sakinlər tərəfindən əkilir. Lakin ƏMDX tərtib etdiyi xəritədə bütün hallarda  hansısa səbəbdən ərazi örüş sahəsi kimi qedyyyata alınması bələdiyyə büdcəsinə kifayət qədər ziyan vurmaqdadır. Odur ki, birləşdirmə prosesləri başa çatdıqdan sonra həyata keçirəcəyimiz əsas layihə məhz 1.460 hektarlıq əkinə yaralı torpaqların təyinatının dəyişdirilməsi olacaqdır. 

Görüşdə Saatlı bələdiyyəsinin sədr müavini Sənan Mütəllimov və bələdiyyə qulluqçuları qaldırılan məsələlərlə bağlı təkliflərini bildiriblər.

Ciddi fikir mübadiləsi şəklində keçən görüşdə "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofqli görüş iştirakçılarına öz fikir və mülahizələrini bildirib.  Vüqar Tofiqli bildirib ki,  kollektiv üzvlərinin əzmkarlığı, habelə yenilənmiş BAMS-ın proqramının verdiyi imkandan lazımı şəkildə istifadə edilsə yəqin ki, Saatlı bələdiyyəsi təcrübəsi yayıla buləcək bir səviyyəyə çata biləcək. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər