Bələdiyyə sədri: "Yağışın törətdiyi fəsadlar aradan qaldırılır"
"27 iyul 2024 cü ildə Gədəbəy şəhərinə yağan yağışlar nəticəsində şəhərin daxili yolları yararsız vəziyyətə düşmüşdür. Gədəbəy RİH-in təşəbbüsü və Gədəbəy bələdiyyəsinin təşkilatçılığı ilə yağişın törətdiyi fəsadlar aradan qaldırılır". Bu fikriləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov bildirib.
Sədrin sözlərinə görə, sel və daşqın fəsadlarının aradan qaldırılması məqsədi ilə əraziyə bələdiyyənin təşkilatçılığı ilə müvafiq qurumların ağır texnikası və maşınları cəlb edilib.
Məhəllədaxili yollar təmizlənərək gediş-gəliş üçün yararlı vəziyyətə gətirilib.
Belediyye.info