Mingəçevir bələdiyyəsi növbəti layihəyə yekun vurub
“Heydər Əliyev prospektində yerləşən
xiyabanda abadlıq işləri davam edir”- bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, Mingəçevir
bələdiyyəsi tərəfindən xiyabanın piyada zolağının hər iki yanına 500 kv. m. təbii
ot örtüyü döşənib.
Xiyabanın ərazisinə müxtəlif
dizaynda rəngbərəng 2000 ədədə yaxın gül və çiçəklər əkilib.
Xiyabanda yenidənqurma və abadlıq işləri noyabrın 8-dək
davam edəcək.
Belediyye.info
Rəylər
0 Rəy