Sədr: "Qoxmuq bələdiyyəsi kəndin abadlaşdırılması ilə bağlı bir sıra layihələrə imza atıb"
“Şəki
rayonu Qoxmuq Bələdiyyəsi kəndin abadlaşdırılması ilə bağlı sakinlərin müraciətini
daim diqqətdə saxlayır və maliyyə imkanları çərçivəsində ciddi addımlar atır”-
bu fikirləri adıçəkilən bələdiyyənin sədri Gülnarə Seyidova bildirib.
Sədr
bildirib ki, bu günlərdə bələdiyyənin inzibati binasının ətrafına yeni hasar çəkilmiş,
ərazi zibil tullantılarından təmizlənmişdir.
Sədrin
sözlərinə görə, Qoxmuq bələdiyyəsi tərəfindən mütəmadi olaraq mövcud vəziyyət
öyrənilir, həssas qrupa aid insanlarla bağlı
qarşıya çıxan problemlərin həli istiqamətində əməli tədbirlər görülür və
zəruri ehtiyaclarının ödənilməsi davam etdirilir. Qoxmuq bələdiyyəsi şəhid və
aztəminatlı ailələri daim diqqətdə saxlayır.
Bələdiyyə
olaraq sakinlərimizdən vergilərini vaxtında ödəməyi və bununlada bələdiyyənin
inkişafına dəstək verməyi xahiş edir.
Belediyye.info
Rəylər
0 Rəy