Şəmkir regional ədliyyə idarəsi növbəti seminarı Gədəbəy şəhərində keçirib
Ədliyyə Nazirliyinin Şəmkir regional ədliyyə idarəsinin 2024-cü ilin ikinci yarımili üçün nəzərdə tutulan iş planına uyğun olaraq 27.09.2024-cü il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədi ilə regional idarənin əməkdaşlarının iştirakı ilə Gədəbəy şəhərində seminar keçirilmişdir. Seminarda iştirakçılarına “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri barədə”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi barədə”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”, “İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb edilməsinin əhəmiyyəti”, “Bərk məişət tullantılarının idarə olunmasında qanunvericiliyin tələbləri”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi” mövzularında mühazirələr deyilmiş, mövzular ətrafında diskusiya aparılmışdır.
Tədbirdə Gədəbəy rayonunda fəaliyyət göstərən 20 bələdiyyənin ümumilikdə 32 üzvü və qulluqçusu iştirak etmişdir.
Şəmkir regional ədliyyə idarəsi
Rəylər
0 Rəy