Asif Həşimov: “Hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəməməlidir”
“Azərbaycan
dövləti şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı göstərir. Prezident
İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan
insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib”- bu
fikirləri Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib.
Sədr
bildirib ki, cənab Prezidentin dövlət qurumları qarşısında müəyyən etdiyi bu vəzifədən
yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin də üzərinə müəyyən mənada məsuliyyət
yükü düşür.
Sədr bildirib
ki, ölkəmizdə formalaşan bələdiyyələrin maliyyə-iqtisadi gücü artdıqca bu
kateqoriyadan olan şəxslərə göstərilən maddi-mənəvi dəstəyin həcmi də
artırılır: "Vəndam bələdiyyəsi tərəfindən
şəhid və qazi ailələrinə ümumilikdə göstərilən ərzaq və maliyyə dəstəyinin həcmi
son dörd il ərzində 4000 manatadək artırılıb. Bununla yanaşı qazi atasının biri
bələdiyyədə işlə təmin edilib.
Son
illərdə qəsəbədəki bir şəhid və qazi ailəsinə ailəsinə, hər birinə 8 sot olmaqla
və beş qazi ailəsinə, hər birinə 6
sot olmaqla əvəzsiz torpaq sahəsi ayrılıb.
Bir qazi ailəsinin evinin dam örtüyünün təmirinə bələdiyyə iclasının qərarına
əsasən 2021-ci ildə 3000 manat ayrılıb.
Şəhidlərin
əziz xatirəsinə qəsəbədən keçən mərkəzi yolun kənarında şəhidin birinin baneri hazırlanaraq
yerləşdirilib.
Şəhid
məzarlığına su çəkilməsi, şəhid adını
daşıyan küçələrdə ünvan lövhələrinin vurlması da Vəndam bələdiyyəsinin bu
istiqamətdə həyata keçirdiyi layihələrdəndir.”
Sədr
daha sonra bildirib ki, ötən dövr ərzində fərdi təsərrüfatla məşğul olan bir şəhid
ailəsinə 5 ha, bir qaziyə isə 3,5 ha taxıl istehsalı məqsədilə torpaq sahəsi
ayrılıb və bələdiyyə iclasının qərarıyla icarə haqqı alınmır.
Asif
Həşimov bildirib ki, hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində şəhid və
qazi ailələrinə, müharibə veteranlarına öz qayğı və diqqətini əsirgəməməli və
ilbəil bu istiqamətdə həyata keçirdiyi layihələrin həcmini artırmalıdır.
Belediyye.info
Rəylər
0 Rəy