Bələdiyyə sədri: “Şəhid və qazi ailələri daim Tüntül bələdiyyəsinin diqqət mərkəzindədir”
“Şəhid və qazi ailələri daim Tüntül bələdiyyəsinin diqqət mərkəzindədir”- bu fikirləri adıçəkilən bələdiyyəinin sədri Günel Ağayeva bildirib.
Sədrin
sözlərinə görə, bu günlərdə Qəbələ RİH təşəbbüsü ilə İkinci Qarabag müharibəsində şəhid olmuş İsmayıl
Kərimovun hıəyat yoldaşı Pərizad Kərimovaya
bələdiyyə tərəfindən 12 sot, antiterror
şəhidi Tamerlan Soltanbəylinin atası İmran Yunusova 10 sot həcmində torpaq sahəsi
ayrılıb.
Bununla yanaşı, şəhid Rüstəm Atakişiyevin atası Atakişiyev Zahid Dursun oğluna və Yengicə kəndindən olan qazi Bəhram Nuruyevin atasına Əliyar Nuruyevə maddi yardim verilmisdir.
Rəylər
0 Rəy