Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2024 , 09:21

1434

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən illə müqayisədə altı əy ərzində büdcə gəlirlərimizi 20 faizədək artıra bilmişik

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Ağdaş rayon Qaradağlı bələdiyyəsi 2024-cü ilin ilk 6 ayı barədə hesabatı ictimaiyyətə çatdırır.

       2024-cü ilin ilk yarım ili ərzində bələdiyyə 12 iclas keçirmişdir. İclasın gündəliyinə 18 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 3 ədədi mülkiyyətə torpaq sahələri ayrılması ilə 4 ədədi bələdiyyə qulluqçularının əmək haqlarının verilməsi, 1 ədədi vətəndaşların ərizə və şikyətlərinə baxılması, 2 ədədi icarə torpaq sahələrinin başqa vətəndaşa subicarəy verilməsi, 1 ədədi maddi yardım verilməsi ilə , 7 ədədi təşkilati və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 10 ədəd ərizə və 18 ədəd məktub daxil olub. Ərizələrdən 3 ədədi fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması ilə, 1 ədədi kəndarası yolların təmiri ilə, 2 ədədi icarə torpaq sahəsinin subicarəyə verilməsi ilə, 1 ədədi maddi yardım edilməsi ilə, 3 ədədi isə digər məsələlərlə bağlı olub.

Fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi almaq üçün müraciət edənlərdən 1 nəfərə torpaq sahəsi satılmış,qalan 2 nəfərin sənədləşmə prosedura davam edir. 1 nəfər maddi yardım üçün müraciət etmiş və ərizəyə əsasən vətəndaşa maddi yardım edilmişdir.

Müvafiq dövrdə vətəndaşların qəbulları da təşkil olunmuşdur. 01.07.2024-cü il tarixədək bələdiyyəyə 59 nəfər müxtəlif problemlərlə bağlı müraciət etmişdir. Onların da müraciətləri dinlənilmiş, lazımı köməkliklər göstərilmiş, müvafiq idarələrə yönləndirilmişlər.

2024-cü ilin 6 ayı ərzində bələdiyyəmizə rəsmi orqanlardan 18 ədəd sənəd və məktub daxil olub. Onlardan 16 ədədi Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən, 2 ədədi isə Şəki Apellyasiya Məhkəməsindən göndərilib. Göyçay Regional Ədliyyə İdarəsindən göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq qərarlar qanunauyğun olaraq nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş idarəsinə göndərilmişdir. Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə bağlı tövsiyələr Bələdiyyələrlə İş Baş idarəsi tərəfindən bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə seminarların keçirilməsi işimizə xeyli köməklik göstərmişdir.

Bələdiyyə büdcəsi

Gəlirlər

2024-cü ilin ilk 6 ayı ərzində bələdiyyə gəlirləri 9603.58 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

-             Fiziki şəxslərdən torpaq vergisi 648.83 manat

-             Fiziki şəxslərdən əmlak vergisi 172.75 manat

-             Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 1200 manat

-             Icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 6125 manat

-             2024-cü ilin əvvəlinə qalıq 1457 manat

Onu da qeyd edim ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il bələdiyyə gəlirlərində 2009 manat artım olmuşdur.

Xərclər   

 Hesabat dövründə bələdiyyənin xərcləri 9164.84 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

-əmək haqqı və onunla bağlı digər ödəmələr 5500 manat

-əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığorta) 2194.74 manat

-telefon və kommunal xərclərinin ödənilməsinə 123 manat

-maddi yardım 100 manat

-sair xərclərə (Bələdiyyələrin Milli Assosiasiyasına üzvülük haqqı, reyester idarəsinə, Hərracların Təşkili Komitəsinə və s...) 1247.10 manat

Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

2024-cü ilin 6 ayı ərzində 0.10 ha torpaq sahəsi həyətyanı məqsədi ilə bilavasitə satılmışdır.

Tədbirlər

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri müxtəlif yerli əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Bunlara milli bayramlar, zəfər günü ilə bağlı tədbirlərin təşkili, narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi üçün təşkil olunan iclasları misal göstərmək olar. Bundan əlavə milli bayramımız Novruz bayramı ilə əlaqədar rayon mərkəzində keçirilən tədbirdə bələdiyyəmiz yaxından iştirak etmişdir. May ayında Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbirdə, 26 iyun Silahlı qüvvələr gününə həsr olunmuş bayram tədbirində bələdiyyə sədri yaxından iştirak etmiş, hər iki tədbirin təşkilində köməklik göstərmişdir.

Əli Musayev

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri                                  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
293