Bələdiyyə sədri: “Vergi daxilolmalarının həcmi artdıqca görülən işlərin həcmi də artacaq”
“Quba
rayon Tüləkəran bələdiyyəsi tərəfindən 8 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin
dəstəyi ilə Yenikənd kəndində qanunsuz zəbt
olunmuş 600 metr yol genişləndirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Rauf Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, yolun mövcud 3 metrlik eni 6 metrə çatdırılaraq sakinlərin,
xüsüsən də qış aylarında təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Əlavə
olaraq Quba RİH tövsiyəsi və bələdiyyənin təşkilatçılğı ilə 400 metrlik ərazidə
daxili yollarda hamarlanma və cari təmir işləri aparılmışdır.
Sədr
göstərdikləri köməyə görə 8 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə və əməyi keçən
kənd sakinlərinə təşəkkürünü bildirib.
Vergi
daxilolmalarının həcmi artıqca mütəmadi olaraq
görülən işlərin həcmi də artacaq.
Sədr
sonda sakinlərə müraciət etməyi də unutmayıb:
“Sakinlərdən kəndin ümumi sosial-iqtisadi inkişafında aktiv olmağa və vergi borclarını ödəməklə bu işdə öz töhvələrini verməyə dəvət edirik”
Rəylər
0 Rəy