Zülfüqar Yusifov: “Bələdiyyə ən çox abadlıq işlərinin görülməsinə, küçələrin işıqlandırılmasına,vətəndaşların mədəni istirahətinin təşkilinə nail olmağa çalışır”
“Vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar sakinlərlə mütəmadi görüşlər keçirilir, həlli vacib məsələlərin həyata keçirilməsinə yardım edirik”- bu fikirləri Belediyye.infoya Gədəbəy Bələdiyyəsinin sədri Zülfüqar Yusifov bildirib.
Sədr
bildirib ki, istər yazılı və istərsə də şifahi müraciət edən vətəndaşın yanında
oluruq ,onların müraciətlərinə həssaslıqla yanaşıraq,səlahiyyətimiz daxilində məsələlərinin
həllinə köməklik edrik.
Sədr
qeyd edib ki, ay ərzində vətəndaşların 10 –dan artıq rəsmi müraciətinə baxılmış, altı məsələ
yerində həll edilmiş, dörd məsələ isə aidiyyatı üzrə yönəldilmişdir.
Bələdiyyə
müraciət edən vətəndaşlar daha çox torpaq sahəsi almaq üçün və maddi yardımla əlaqədar
mütaciət edirlər.
Sədr sonda qeyd edib ki, bələdiyyə ən çox abadlıq işlərinin görülməsinə, küçələrin işıqlandırılmasına,vətəndaşların mədəni istirahətinin təşkilinə nail olmağa çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy