Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2025 , 19:54

1107

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin vergidən yayınan vətəndaşlara təsir mexanizmi olmalıdır - Deputat

Bələdiyyələr özlərinin imkanları, səlahiyyətləri daxilində torpaq, əmlak vergisi yığırlar. Lakin buna baxmayaraq, onların maliyyəsi bugünkündən 5 dəfə artıq ola bilər. Ancaq bunu edə bilmirlər. Elə bələdiyyə var ki, verginin 20, 30 faizini yığa bilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bunun üçün müəyyən mexanizm olmalıdır.

“Kimlər ödəniş etmirsə, bələdiyyələrin əlində onlara təsir mexanizmi olmalıdır. Təsir rıçaqı insanları məsuliyyətə cəlb etmə, onları incitmə məqsədi daşımamalıdır. Bu mexanizm bələdiyyələrin fəaliyyətinə çox yüksək təsir göstərə bilər”, - deyə Tahir Rzayev əlavə edib.

https://az.trend.az/azerbaijan/society/4003628.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
1019

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
1095

MSK bələdiyyə seçkilərini bu tarixdə ELAN EDƏCƏK

Gündəlik Xəbərlər
25-11-2024
1305

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
1163