Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2024 , 00:29

757

Son xəbərlər

Bütün xəbərlər

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Azərbaycan Bələdiyyələri
16-03-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün növbəti seminar keçirilib

Qarabağ regional ədliyyə idarəsi tərəfindən dekabrın 25-də Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün növbəti seminar keçirilib.

Tədbirdə çıxış edən Qarabağ regional ədliyyə idarəsinin əməkdaşı tərəfindən “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 18 oktyabr 2024-cü il tarixli 49-VIIQD nömrəli Qanundan irəli gələn vəzifələrin icrası, o cümlədən bələdiyyələrin iclas protokollarında video-konfrans rejimində və ya hibrid rejimdə keçirilən iclasların, bələdiyyə sədri olmadıqda iclasa sədrlik edənlərin seçilməsinin həmin protokollarda qeyd edilməsi üsulları, həmin Qanunun tətbiqi ilə bağlı görülməli olan tədbirlər, habelə “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətləri haqqında” və “İnzibati icraat haqqında” qanunların bələdiyyələr tərəfindən tətbiqi üsul və vasitələri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Həmçinin bələdiyyə torpaqlarının icarəyə verilməsi üzrə qanunvericiliyin tətbiqi və bu istiqamətdə təcrübədə rast gəlinən çətinliklərə toxunulub.

Seminarda bələdiyyə fəaliyyətinin müxtəlif sahələri ilə bağlı yerli özünüidarəetmə orqanlarının rəhbərlərini maraqlandıran hüquqi məsələlərə dair suallar cavablandırılıb, qanunvericilik aktlarından çıxarışlar bələdiyyə sədrlərinə paylanılıb.

https://belediyye.gov.az/news/fiz-sem

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
1160

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
1331

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
1169