Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2024 , 19:52

237

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

TDBB- nümayəndə heyəti  “Yerli İdarəetmələrdə İqlim Dəyişikliyi ilə Mübarizə İşləri” Panelində iştirak edib

BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və Konya Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə Türkiyə Pavilyonunda “Yerli İdarələrdə İqlim Dəyişikliyi ilə Mübarizə səyləri” adlı Panel təşkil edilib.

TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin də qatıldığı tədbirdə, Türkiyənin  Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirinin müavini Fatma Varank, TDBB-nin prezidenti  və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay, Bosniya və Herseqovinadakı  Brcko bələdiyyəsinin sədri Zijad Nisic,  Şimali Kipr Türk Cumhuriyyəti,  Güzelyurt bələdiyyəsinin sədri Mahmud Özçınar, Özbəkistan Yükseliş Təşkilatı sədrinin müşaviri Ümid Rəcəbov, Şimali Makedoniyanın Kalkandelen bələdiyyə sədrinin köməkçisi Muhammet Mustafanın iştirakı ilə  geniş fikir mübadiləsi aparılıb. 

Bildirilir ki, TDBB prezidenti Ugur İbrahim Altay iki fərqli paneldə iqlim dəyişikliyi və zəlzələ tullantılarının idarə olunması mövzusunda çıxış edib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə Konyanın nümunəvi ekoloji sərmayələrini izah edən bələdiyyə sədri “Qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin ortaq problemidir və uğur ancaq birlikdə həll edildikdə və birlikdə həll yolu tapıldığında əldə edilə bilər. Əks halda, yaxın gələcəkdə geri qaytarılması mümkün olmayan daha böyük problemlərin baş verməsi mümkündür”, - deyə o bildirib. Bələdiyyə sədri 6 Fevral 2023-cü ildə baş verən zəlzələdən sonra Hatayın canlandırılması üçün Konya olaraq gördükləri işləri və Konyada baş verə biləcək fəlakətlərə qarşı görülən hazırlıqları da paylaşıb.

İqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi dünyanın ən mühüm təşkilatlarından biri olan COP29-da 169 ölkədən 72 min insan iştirak edib. 49 hektar sahədə ümumi sahəsi 110 min kvadratmetr olan prefabrik binalar və çadırlardan ibarət BMT-nin səlahiyyəti altında olan Mavi Zonada COP29 çərçivəsində görüşlər və danışıqlar aparılıb.

TDBB


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
552

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1196

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024
1054

 "Göz yaşı” adlı sosial çarx çəkilib - FOTO

Gündəlik Xəbərlər
02-08-2024
1310