Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-07-2024 , 08:55

1071

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “İnanırıq ki, şəhid və qazi ailələrinin arzu və istəkləri bundan sonra da  hər bir dövlət qurumunun diqqət mərkəzində olacaqdır”


Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyevin təşəbbüsü ilə Nərimanov rayonunda yaşayan Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakıyla görüş keçirilib.

Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən tədbirdə icmanın sədri, millət vəkili Əziz Ələkbərli, Respublika Ağsaqqallar Şurasının üzvü Vahid Novruzov, Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri, şəhid atası Arif Hümbətov,  şəhid ailələləri və Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının üzvləri iştirak ediblər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan övladların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

Tədbirin icmanın Nərimanov təşkilatının təşəbbüsü ilə keçirildiyin qeyd edən Əziz Ələkbərli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarını diqqətdə saxladığını, verilən müvafiq sərəncam və qərarlar vasitəsilə bu təbəqədən olan şəxslər, onların ailələrin maddi, sosial durumunun hər zaman yüksəldiyini bildirib. Mənfur ermənilərin Qərbi Azərbaycandan – öz yurd-yuvasından didərgin saldıqları insanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirakını, habelə qəhrəmanlıq göstərib canlarını fəda etmələrini dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Əziz Ələkbərli bir daha analara təşəkkür edərək bu qələbəni onlara borclu olduğumuzu bildirdi.

Əziz Ələkbərli Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyevə şəhid və qazi ailələrinini daim diqqətdə saxladıqlarına görə təşəkkürünü bildirərək  Vətənimizin müdafiəsi uğrunda canını fəda etmiş oğulları unutmayacaqlarını  vurğulayıb.

Görüşdə Respublika Ağsaqqallar Şurasının üzvü Vahid Novruzov, Ağsaqqallar Şurası Nərimanov təşkilatının sədri,  şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  Zaur Nudrəliyevin həyat yoldaşı Nazilə Nudrəliyevə və digər natiqlər çıxışlarında ölkəmizdə şəhid və qazı ailələrinə göstərilən qaydı və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirməklə, bu işdə zəhməti olan insanlara, xüsusəndə  Nərimanov RİH-nin  fəaliyyətinə yüksək qiymət veriblər.

“Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində Qarabağımıza qayıtdığımız kimi, hər bir Qərbi Azərbaycanlı doğma torpaqlara qayldacağı günü səbrsizliklə gözləyir”- bu fikirləri tədbirin təşkilatçısı, icmanın Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev öz çıxışında bildirib.

Təşkilat rəhbəri qeyd edib ki,  icmada təmsil olunan şəhid və qazi ailələri Nərimanov rayon rəhbərliyinin onlara göstərdiyi qayğı və diqqətdən razılıqlarını ifadə edirlər. Təmraz Tağıyev həmçinin  çıxışında bildirib ki, icmada təmsil olunan şəhid və qazi ailələri, müharibə iştirakçıları hər bir dövlət orqanının, o cümlədən rayon prokurorluğunun onların qayğılarıyla yaxından maraqlanmaları arzusundadırlar. İnanırıq ki, şəhid və qazi ailələrinin bu arzu və istəkləri hər  bir dövlət orqanı kimi bundan sonra da  adıçəkilən qurumun diqqət mərkəzində olacaqdır.

Tədbirin sonunda iştirakçılara icmanın üzvlük vəsiqələri təqdim edilib.    

  

 

  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
558

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1203

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024
1059

 "Göz yaşı” adlı sosial çarx çəkilib - FOTO

Gündəlik Xəbərlər
02-08-2024
1318