2026-cı ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün
01 aprel 2026-cı il vəziyyətinə 1827,0 hektarda əkin işləri aparılmışdır ki,
bunun da 1816,0 hektarı payızlıq, 11,0 hektarı yazlıq əkin sahəsidir. Payızlıq
əkin sahəsinin 592,0 hektarı buğda, 1117,3 hektarı arpa, 106,7 hektarı isə
yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsində isə 11,0 hektar yonca
əkilmişdir.
Yazlıq əkin hal-hazırda davam edir.
01 aprel 2026-cı il vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 4717 baş, inək və camışların sayı 2267 baş, qoyun və keçilərin sayı 26977 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 357 baş (8,2 faiz), inək və camışların sayı 172 baş (8.2 faiz), qoyun və keçilərin sayı isə 4220 baş (18,5 faiz) çox olmuşdur.
2026-cı ilin yanvar-mart ayları ərzində ət istehsalı 3168,0 sentner (diri çəkidə), süd istehsalı 4340,0 sentner, yumurta istehsalı 280,0 min ədəd olmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 1742,0 sentner və ya 122,2 faiz artmış, süd istehsalı 497,0 sentner və ya 10,3 faiz, yumurta istehsalı isə 25,0 min ədəd və ya 8,2 faiz azalmışdır.
2026-cı ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 2986,7 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81,1 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının hamısını heyvandarlıq məhsulları təşkil etmişdir.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Rəylər
0 Rəy