Məqsədimiz vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasıdır
7 oktyabr 2026-cı il tarixində Qobustan qəsəbəsinin inzibati ərazisində yaranmış problemin operativ şəkildə aradan qaldırılması məqsədilə bələdiyyənin təşkilatçılığı ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Mövcud çətinliklərin qısa müddətdə həlli üçün əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb edildi, zəruri bərpa və təmizlik işləri həyata keçirildi.
Görülən işlərin gedişatını yerində qiymətləndirmək və prosesə
şəxsən nəzarət etmək məqsədilə ərazidə oldum. Sakinlərlə də görüşərək onların
müraciət və təkliflərini dinlədim. Sakinləri narahat edən məsələlər barədə
fikir mübadiləsi apardıq, görülən işlər və qarşıda duran tədbirlər barədə ətraflı
məlumat verdik.
Bizim əsas məqsədimiz vətəndaşların rahatlığının və təhlükəsizliyinin
təmin olunması, ərazidə mövcud infrastruktur problemlərinin mərhələli və
operativ şəkildə həll edilməsidir. Sakinlərin müraciətlərinin diqqətlə dinlənilməsi
və problemlərin yerində araşdırılması fəaliyyətimizin əsas istiqamətlərindən
biridir.
Qobustan bələdiyyəsi olaraq ərazidə yaranan hər bir
problemin vaxtında müəyyənləşdirilməsi və imkanlarımız çərçivəsində qısa müddətdə
həlli üçün bundan sonra da zəruri tədbirləri davam etdirəcəyik. Sakinlərlə
birbaşa və açıq dialoqun qorunması bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Sakinlərimizin göstərdiyi anlayış və əməkdaşlığa görə təşəkkür
edirəm. Bələdiyyə olaraq hər zaman vətəndaşlarımızın yanında olmağa və onların
müraciətlərinə çevik reaksiya verməyə çalışacağıq.
Osman Quliyev
Qaradağ rayonu, Qobustan blədiyyəsinin sədri
Rəylər
0 Rəy