Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2026 , 20:47

110

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ramil Hüseynov: “Son üç ildə büdcə gəlirlərində 80 faizlik artım müşahidə olunub”

“2024-ci illə müqayisədə cari ilin ilk altı ayında vergi xidmətinin sistemli və səmərəli fəaliyyəti sayəsində bələdiyyənin büdcə gəlirlərində 80 faizlik artım müşahidə olunub”-bu fikirləri Belediyye.infoya Qaradağ rayonu, Sahil bələdiyyəsinin sədri Ramil Hüseynov deyib.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  40.131 manat  vəsait daxil olub ki,  onunda  36.118 manatı əmlak vergisindən, 4.013 manatı torpaq vergisindən əldə olunub.

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  46.550 manat  vəsait daxil olub ki,  onunda  35.236 manatı əmlak vergisindən, 11.314 manatı torpaq vergisindən vəsait daxil olub.

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  72.400 manat  vəsait daxil olub ki,  onunda  65.160 manatı əmlak vergisindən, 7.240 manatı torpaq vergisindən  əldə edilib.

Sədr qeyd edib ki, Sahil bələdiyyəsi qarşıdakı dövrdə də yerli büdcə gəlirlərinin artırılması, vergi bazasının genişləndirilməsi, sosial müdafiə tədbirlərinin davam etdirilməsi, qəsəbədə abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və yerli özünüidarəetmə prinsiplərinin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Hesabat dövründə daxil olmuş maliyyə vəsaitləri bələdiyyənin fəaliyyətinin təmin edilməsinə, inzibati xərclərin maliyyələşdirilməsinə, qəsəbə ərazisində abadlıq işlərinin görülməsinə, sosial yönümlü layihələrin həyata keçirilməsinə, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərilən yardımlarana yönəldilmişdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər