Elşad Vəliyev: “Bələdiyyə tərəfindən rayon ərazisində ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir”
“Xətai rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq zoıaqlarının qorunması, sakinlər üçün sağlam və təmiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Xətai bələdiyyəsi tərəfindən mütəmadi olaraq tədbirləri həyata keçirilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Sədr qeyd edib ki, bu isti qamətdə bələdiyyənin ötən il aldğı iyirmi tonluq yeni su maşınları vasitəsilə park və istirahət guşələrində, məhəllədaxili ərazilərdə, yolkənarı yaşıllıq zolaqlarında, ağac və dekorativ bitkilərin əkildiyi sahələrdə suvarma işləri müntəzəm qaydada təşkil olunur.
Bələdiyyənin əməkdaşları tərəfindən ağaclara,
dekorativ bitkilərə və yaşıllıq sahələrinə müntəzəm qulluq göstərilir, suvarma
işləri təşkil edilir və ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir.
Bu fəaliyyət şəhər mühitinin daha sağlam, gözəl və yaşıl olmasına, eyni zamanda
sakinlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verir.
Sədr onu da qeyd edib ki, görülən bütün işlər, həyata
keçirilən hər bir layihə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata
keçirilir. Bələdiyyənin səlahiyyətlərinə
aid məsələlər bələdiyyə iclaslarında müzakirə edilir, qəbul olunan qərarlar əsasında
tədbirlər planı müəyyənləşdirilir və aidiyyəti əməkdaşlar tərəfindən həmin qərarların
icrası təmin olunur.
Belediyye.info
Rəylər
0 Rəy