Tahir Məmmədov: “Yasamal bələdiyyəsi tərəfindən rayonda abadlıq işlərinin aparılması davam etdirilir”
“Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında Yasamal bələdiyyəsi tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tahir Məmmədov deyib.
Sədr qeyd edib ki, rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir.
Hazırda bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən rayonun Rahib
Tağıyev, Kamal Rəhimov, Ümüd Əkbərov küçələrinə və Şəfayət Mehdiyev 81 ünvanda
abadlıq işləri aparılmış və
məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.
Sədr açıqlamasında bildirib ki, rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq bundan sonra da davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy