Mətləb Əliyev: "Qazilərin qaldırdıgı məsələ öz həllini tapıb"
“Buzovna bələdiyyəsi olaraq şəhid və qazi ailələrinə, müharibə veteranlarına hər daim yüksək diqqət və qayğı göstəririk”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasında həssas qrupa aid hər bir qəsəbə sakininin müraciətinə həssaslıqla yanaşılır və həlli ilə bağlı addımlar atılır. Qazilərlə keçirilən son görüşdə qaldırılan məsələlərdən biri də inzibati binaya girişdə problemin olmasıyla bağlı idi. Pandusun olmaması ucbatından hərəkət məhdudiyyəti olan qazilərin və qəsəbə sakinlərinin binaya girişində problem yaşanırdı. Qazilərin müraciətinin nəzərə alaraq bələdiyyə iclasının qərarıyla əraziyə pandusun qoyulması qərara alınmışdır. Bu gün artıq qazilərin bu müraciətinin icrası başa çatdırılmış və əraziyə dəmir lövhələrdən ibarət pandus quradırılmışdır.
Sədr qeyd edib ki, bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 37 qazi və şəhid ailəsinin hər birinin ailəsi bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ziyarət edilməsi, onların müraciətlərinə operativ baxılması davam etdirilir.
Buzovna bələdiyyəsinin iclasında qəbul edilmiş xüsusi proqrama uyğun olaraq mütəmadi olaraq bələdiyyə rəsmilərinin və nümayəndələri tərəfindən ərazidə yaşayan 12 şəhid və 25 qazinin ailəsi ziyarət edilərək onların hər birinin ailəsinə bayram günlərində həm ərzaq sovqatı göndərilir, həm də maddi yardım göstərilir. Görüşlərdə iştirak edən bələdiyyə rəsmiləri həmçinin hər bir şəhid və qazi ailəsinin üzvlərinin qayğıları ilə də maraqlanırlar.
Gəlin unutmayaq ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur.
Belediyye.info
Rəylər
0 Rəy