Telman Süleymanov: “Şüvəlan bələdiyyəsi cari ilin üçüncü rübü ərzində büdcə daxilolmalarını 2.2 dəfəyədək artıra bilib”
“Hər
bir bələdiyyə üzvü və qulluqçusu ölkəmizdə müsbət dəyişiklikləri gündəlik həyatda
müşahidə edir. Hazırda həm Bakı şəhərində, həm də bütün şəhər və
rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılmaqdadır. Həyata keçirilən layihələrdə
Şüvəlan bələdiyyəsi olaraq bizdə öz töhfəmizi verməyə çalışırıq”- bu fikirləri
Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Sədrin
sözlərinə görə, respublikada həyata keçirilən inkişaf proqramları bütün sahələrdə
ölkənin simasını dəyişdirir, müasirləşdirir. Son dövrlərdə daha intensiv həyata keçirilən
inkişaf proqramları ilə az vaxtda çox göstəricilərə nail olunub.
Sədr
qeyd edib ki, bu prosesdən kənarda qalmayan Şüvəlan bələdiyyəsi cari ilin üçüncü
rübü ərzində büdcə daxilolmalarını 2.2 dəfəyədək artıra bilib. Məhz büdcə gəlirlərinin
artımının hesabına qəsəbə ərazisində görülən işlərin həcmini də artırıb.
Ərazidə
yaşıllaşdırma işlərinin həyata keçirilməsi, park, bağ və yaşıllıq zolaqlarından dekorativ gül kollarının əkilməsi, ərazilərdə
təmizlik işləri, ağacların budanması həyata keçirilmişdir.
Həyata keçirilən işlər zamanı şəhid, qazi və aztəminatlı aillələr də diqqətdən kənarda saxlanılmır. Mütəmadi olaraq həssas qrupa aid ailələr bələdiyyə üzv və qulluqçuları tərəfindən ziyarət olunur.
Belediyye.info
Rəylər
0 Rəy