Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-08-2024 , 10:18

1387

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

2024-cü ilin 6 ayı ərzində Keşlə bələdiyyəsinin gördüyü işlər barədə hesabat

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Dünya miqyaslı mötəbər tədbir olan COP-29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gördüyü işlərin daha bir uğurlu nəticəsidir.

Keşlə bələdiyyəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərman və Sərəncamlarına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir. 2024-cü ilin 6 ayı ərzində bələdiyyənin gəliri 121575 manat olmuşdur: ondan torpaq vergisi 23945 manat, əmlak vergisi 96925 manat, icarə haqqı 705 manat olmuşdur. 2024-cü ilin yanvar ayının 1-nə qalıq 3352 manatdır.

2024-cü ilin 6 ayı ərzində cəmi xərcləri 121262 manat olmuşdur. Yanvar ayında auditor xidmətinin ödənilməsi məqsədilə bələdiyyə büdcəsindən 2900 manat “Şəfəq Audit Konsaltinq” MMC-nin bank hesabına köçürülmüşdür.Fevral ayında qəsəbədəki 1941-1945 parkında aparılan abadlıq işləri ilə əlaqədar olaraq Əzimzadə və Yenikənd küçələrində təmir-bərpa işlərinə bələdiyyə büdcəsindən 1100 manat maliyyə vəsaiti xərclənib. Eyni zamanda fevral ayında qəsəbədəki Şəhidlər Xiyabanında təmizlik işlərində lazım olan təsərrüfat mallarının, yuyucu vasitələrin alınmasına 94 manat, Keşlə bələdiyyəsinin inzibati binasında yararsız vəziyyətdə olan 10 ədəd pəncərənin yenilənməsinə 3040 manat maliyyə vəsaiti xərclənib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş, Heydər Əliyev sarayında keçirilən Milli Rəqs Festivalına 5 ədəd biletin alınmasına 400 manat maliyyə vəsaiti xərclənmişdir.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Bakı şəhəri Nizami rayon məktəbləri arasında keçirilmiş “Nə?Harada?Nə vaxt?” bilik yarışında qalib gələn 312 saylı tam orta məktəbin şagirdlərinin və bir qrup müəllimin mükafatlandırılması məqsədilə iştirakçılara xatirə hədiyyələrinin alınması və fəxri fərmanların hazırlanması məqsədilə bələdiyyə büdcəsindən 600 manat məbləğində maliyyə vəsaiti xərclənib. 8 may 2024-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə qəsəbə məktəblərinin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyasına bələdiyyə büdcəsindən 300 manat maliyyə vəsaiti ayrılıb.Birinci Qarabağ müharibəsində itkin düşmüş Nizami rayon sakini, 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olan Dadaşov Gülalı Məhəmməd oğlunun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilmiş dəfn mərasiminə və qəsəbədki Şəhidlər Xiyabanında abadlıq işlərinə (qəbrin qazılması, mərmər daşlarının dəyişdirilməsi, xiyabanın ətrafındakı dəmir çərçivədən olan hasarların, darvazanın və xiyabandakı skamyaların rənglənməsi, gül kollarının əkilməsi, xiyabanın ətrafının abadlaşdırılması və s.) bələdiyyə büdcəsindən 1500 manat məbləğində maliyyə vəsaiti ayrılmışdır.

Qəsəbənin N.Abdullayev küçəsində yerləşən söhbətgahın təmirinə və ətrafının abadlaşdırılmasına 800 manat maliyyə vəsaiti ayrılmışdır. Mayın 16-da 201 saylı tam orta məktəbdə 28 may Müstəqillik Günü münasibətilə “Müstəqil və inkişaf edən Azərbaycan” mövzusuna həsr olunmuş inşa-yazı müsabiqəsinə 400 manat ayrılıb.

Mayın 21-də Birinci Qarabağ müharibəsində itkin düşmüş 1965-ci il təvəllüdlü Keşlə qəsəbə sakini şəhid leytenant Ələkbərov Əliyar Ədalət oğlunun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn mərasimi ilə əlaqədar hazırlıq işlərinə  (qəbirin qazılması və məzarın ətrafında gül kollarının əkilməsi, dəfn mərasimi üçün təbii qızılgüllərin və əklillərin alınması) bələdiyyə büdcəsindən 900 manat məbləğində maliyyə vəsaiti ayrılıb.İyunun 12-də 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar qəsəbə məktəbləri şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyasına 350 manat məbləğində vəsait ayrılıb. Keşlə bələdiyyəsində xarab olmuş Mini ATS-in yenilənməsi məqsədilə 1000 manat məbləğində maliyyə vəsaiti ayrılıb.

İyunun 21-də Cəbrayıl rayonunda N saylı Hərbi hissənin əsgərlərinə 520 manat vəsait ayrılaraq YAP Nizami rayon təşkilatı ilə birlikdə sovqat aparılmışdır.

Novruz və Qurban bayramlarında Keşlə qəsəbəsində yaşayan şəhid ailələrinə, qazilərə, əlillərə və imkansızlara, ümumilikdə 140 nəfərə alınan ərzaq yardımına (toyuq və sümüksüz mal əti) bələdiyyə büdcəsindən 3245 manat ayrılmışdır.

Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanının, 1941-1945 parkının saxlanmasına, bağbanların xidmət haqqına ümumilikdə 1836 manat məbləğində vəsait ayrılmışdır.

14 mart 2024-cü ildə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatının və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar konfrans keçirilib.

Qəsəbənin M.Əliyev küçəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Mart ayında Keşlə qəsəbəsindəki Xeyiq-Şər evində sakinlərə iftar süfrəsi verilmişdir. 25 aprel 2024-cü ildə Yeni klinikada akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunan “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” adlı tədbir keçirilmişdir.1 may 2024-cü ildə Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, YAP-la birgə Muğam Mərkəzində “Uğurun zirvəsi 2” adlı tədbir keçirilib.

2 may 2024-cü ildə YAP Nizami rayon təşkilatında Bakı şəhəri Nizami RİH-nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunan “100 ilin imzası”  adlı kitabın təqdimat mərasimi keçirilib.

7 may 2024-cü ildə Yeni klinikada Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi: Qalib, Bütöv, Lider Azərbaycan” adlı tədbir keçirilib.Mayın 8-də Park-bulvarda Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan konsert keçirilmiş, mayın 10-da Heydər Əliyevin məzarı ziyarət edilmişdir.

Mayın 18-də qəsəbədəki 1941-1945 parkında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş iməcilik keçirilmiş və park zibil və tullantılardan təmizlənmişdir.Mayın 30-da 201 saylı tam orta məktəbdə 1 iyun Uşaqların müdafiə gününə həsr olunmuş “Uşaqlarımızın təhlükəsizliyi xoşbəxt gələcəyin təməlidir” adlı tədbir  keçirilib.

İyunun 11-də Keşlə bələdiyyəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Yanvar ayında A.Mirzəyev küçəsi,ev 54B ünvanında yaşayan 2-ci qrup əlil Məmmədov Vüqar Əlikram oğluna 100 manat, M.H.Kazımov küçəsi, ev 2, m.1 ünvanında yaşayan Vətən müharibəsi iştirakçısı Abdullayev Azər Faiq oğluna 100 manat, cəmi 200 manat; fevral ayında Zakir küçəsi, ev 29 ünvanında yaşayan VM iştirakçısı Rəcəbov İsmayıl Rövşən oğluna 150 manat və P.Fərzəliyev küçəsi, ev 15/4 ünvanında yaşayan Salmanova Nəcibə Hüseyn qızına 80 manat, M.H.Kazımov küçəsi, ev 2, mən.3 ünvanında yaşayan VM veteranı Salahov Kəmaləddin İlqar oğluna 150 manat, K.Əfkari küçəsi, ev 15 ünvanında yaşayan Zülfüqarova Zeynəb Rəhim qızına 100 manat, cəmi 480 manat; mart ayında Əzimzadə küçəsi, ev 23/41 ünvanında yaşayan VM veteranı Qəhrəmanlı Hatəm Zöhrab oğluna 150 manat, N.Abdullayev küçəsi, ev 4/17 ünvanında yaşayan VM iştirakçısı Əlişov Elxan Natiq oğluna 190 manat, M.Ağayev küçəsi, ev 19 ünvanında yaşayan VM iştirakçısı Həsənov Pərviz Həmid oğluna 150 manat, N.Abdullayev küçəsi, ev 16/8 ünvanında yaşayan Ömərova Məlahət Zumrat qızına 80 manat, cəmi 480 manat; aprel ayında M.İbrahimov küçəsi, ev 6 ünvanında yaşayan Kərbalayeva Zöhrə Eldar qızına 150 manat; iyun ayında A.Mirzəyev küçəsi, ev 66 ünvanında yaşayan VM veteranı Həkimli Ramal Molla oğluna 100 manat, Əzimzadə küçəsi, yataqxana, ev 23, otaq 310 ünvanında yaşayan VM iştirakçısı Nəsirov Rəşid Valeh oğluna 80 manat, cəmi 180 manat, ümumilikdə maddi yardıma 1490 manat məbləğində maliyyə vəsaiti ayrılıb.

2024-cü ilin 6 ayı ərzində 25 iclas keçirilmiş, 66 məsələ müzakirə olunmuşdur. İclaslar protokollaşdırılmış, qaydaya müvafiq şəkildə Bələdiyyələrlə İş Baş idarəsinə Mərkəzinə göndərilmişdir.

Bundan başqa təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq tərəfimizdən qəsəbədə müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin müraciətləri, həmçinin müxtəlif təşkilatların məktubları əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması  üçün tərəfimizdən  11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər  edilmişdir.

2024-cü ilin 6 ayı ərzində bələdiyyəyə 225 ərizə və 74 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 95 məktub göndərilmiş, 44 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 101 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.

Bundan sonrakı fəaliyyətimizi ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə İş Baş idarəsinin tövsiyələrini işdə rəhbər tutacağıq.

Nizami raypnu Keşlə bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər