Bülbülə bələdiyyəsi də məhz bu sırada özünə yer tutub
Son dörd
aya yaxın bir vaxt ərzində hər hansı formada xəbər etmədən bələdiyyələri
ziyarət edirəm.
Məqsəd isə bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq və onların seçicilərinə olan münasibətinin hansı səviyyədə olmasına aydınlıq gətirməkdir. Ziyarətində olduğum yerlərin demək olar ki, səksən faizində bələdiyyələrin, xüsusəndə onların vergi xidmətinin fəaliyyətdə olduğunun şahidi oldum.
Fəaliyyəti diqqətimi çəkən bələdiyyələrlə bağlı fikirlərimi
geniş şəkildə ifadə etmişəm və bunu həm də özümə borc saymışam. Görülən işlər təqdim
və təqdir edilməlidir. Etiraf edək ki, bu gələcəkdəki səmərəli fəaliyyət
üçün həm də bir stimuldur.
Ziyarətində olduğum bələdiyyələrin siyahısını təqdim edirəm: Səbail, Badamdar, Binəqədi qəsəbə, Biləcəri, Xocasən, Yasamal, Xətai, Əhmədli, Keşlə, Nizami, Lokbatan, Sahil, Nardaran, Maştağa, Ramana, Sabunçu, Kürdəxanı, Mərdəkən, Şağan, Şuvəlan, Qala , Zirə, Türkan, Binəqədi, Goradil, Fatmayı, Bülbülə, Zığ, Hövsan, Qaracuxur, Nəsimi, Nərimanov, Binə və Binəqədi.
***
Ziyarəti davam etdirirəm. Növbəti dəfə Bülbülə bələdiyyəsinin
ziyarətində oldum. Səssiz-səmirsiz şəkildə bələdiyyənin inzibati binasına daxil
oluram. Hər
kəs iş başında idi. Vergi
müfəttişləri bildirisləri muzakirə edir, sakinlər sədrin qəbulunda növbə gözləyirdi.
Uzun illərdən bəri tanıdığım
bələdiyyə sədri Natiq Həsənovla görusum gözlədiyimdən də yaxşı
alındı. Çünki verilən
suallara, qaldırılan məsələlərə həm özünün, həm də xanım bələdiyyə qulluqçusunun
ekspromt cavabları çox məqamlardan xəbər
verirdi. Bələdiyyənin xanım əməkdaşının yaranan suallara çox dəqiqliklə və
operativ şəkildə cavab verməsi məni həqiqətən
təəccübləndirdi. Sədrlə yanaşı bələdiyyə qulluqçusunun bu
hazırcavablığı diqqətimi çəkdi. Deyərdim ki, belə qulluqçusu olan bələdiyyənin
hər hansı problemi olmaz.
Natiq Həsənovla bir
xeyli söhbətim oldu. Sədr bir çox suallara aydınlıq gətirdi. Diqqətimi
isə "inteqrasiya" məsələsinə olan münasibəti oldu. Sədrin fikirlərinin bəzi məqamlarını olduğu kimi təqdim
edirəm:
-Adminstrasiyanın
Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, milli bələdiyyə assosiasiyalarının
və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin yaxından iştirakıyla yenilənmiş BAMS proqramının Əmlak məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bizim bələdiyyə üçün
düşərli olub. Ötən ilin ilk dörd ayı ərzində əgər Bülbülə bələdiyyəsinin 18.703
manat büdcə gəliri olmuşdursa, cari ilin dörd ayı ərzində bu rəqəm 33.610 manat
olub ki, bunun da 28.152 manatını əmlak vergisi təşkil edir.
Ötən il ərzində əldə etdiyimiz 78.794 manatlıq büdcənin
59.509 manatı əmlak vergisi təşkil etmişdi. Bu templə cari ildə əldə edəcəyimiz
maliyyə vəsaitinin həcmi 110 min manatı keçəcəyini gözləyirik.
Cari ili ilk dprd ayı ərazində inteqrasıyanın
yaratdığı imkandan istifadə edərək 310 əmlak sənədinin alınmasıyla bağlı müraciət
edilib. Bu istiqamətdən isə 10 min manata yaxın vəsaitin daxil olacağı gözlənilir.
Borclu vergi ödəyicilərlə bağlı məlumatlar dəqiqləşdirilərək
qanunamüvafiq qaydada icra şöbəsinə göndərilir.
Vergi müfəttişlərinin daim sakinlərlə görüş keçirir.
Sədr sonda bildirdi ki, hazırda əsas problemimiz ərazimizdə
sənədiz mənzillərin kifayət qədər olmasıdır. Mənzillərin sənədləşdirilməsi bələdiyyənin
büdcə gəlirinin 100 faiz artımına səbəb olacaq.
Bələdiyyə-icra münasibətlərinə toxunan sədr qeyd
edib ki, bütün hallarda bələdiyyənin həyata keçirdiyi layihələrin bir çoxu məhz icra hakimiyyətinin təşəbbüsü
ilə həyata keçirilir.
Bu gün əsas vəzifələrimizdən biri də vətəndaş məmnunluğunun təmin edilməsidir. Həyata keçirdiyimiz layihələrin hər biri məhz bu məqsədlə yerinə yetirilir.
***
Beləliklə, daha bir bələdiyyənin kollektivi ilə sağollaşıb ayılıram. Belə qənaətə gəlirəm ki, sədr yerində olanda bələdiyyə saat mexanizmi kimi çalışır və sakinin üzləşdiyi problemlərin hər birinin həllinə sürətli şəkildə nail ola bilir.
Xoş bir haldır ki, Bülbülə bələdiyyəsi də məhz bu sırada özünə yer
tutub.
Vüqar Tofiqli
Rəylər
0 Rəy