Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 18:02

301

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Asif Zeynallı: “Ramana bələdiyyəsinin 2027-ci il üzrə yerli büdcəsinin əsas prioritetləri bələdiyyə iclasında müzakirə edilib”

Sabunçu rayonu Ramana bələdiyyəsində 2027-ci il üçün yerli büdcə layihəsinin müzakirəsi keçirilib. İclasda növbəti il üçün büdcənin gəlir və xərcləri, eləcə də maliyyə vəsaitlərinin əsas istiqamətlər üzrə bölüşdürülməsi məsələləri müzakirə olunub.

Müzakirələr zamanı bildirilib ki, 2027-ci il üzrə yerli büdcə xərclərinin əsas hissəsinin sosial layihələrin həyata keçirilməsinə, ərazidə abadlıq və quruculuq işlərinin aparılmasına yönəldilməsi nəzərdə tutulur. Gələn il üçün bələdiyyənin büdcə gəlirlərinin isə 325.500 manat həcmində proqnozlaşdırılması planlaşdırılır.

Bu barədə Belediyye.infoya məlumatı  Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri Asif Zeynallı məlumat verib.

Sədrin sözlərinə görə, büdcə gəlirlərinin artırılması və proqnozlaşdırılan göstəricilərin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə debitor borcların yığılması, yerli vergi ödəyicilərinin ödəniş intizamının gücləndirilməsi istiqamətində işlər aparılır.

Belə ki, vergi borcu olan şəxslər arasında maarifləndirmə və təbliğat tədbirləri görülür, onlara mövcud öhdəliklərin vaxtında yerinə yetirilməsinin vacibliyi izah edilir. Borclarını könüllü şəkildə ödəməyən yerli vergi ödəyicilərinin isə qanunvericiliyə uyğun olaraq məcburi qaydada alınması üçün müvafiq icra və probasiya şöbələrinə müraciətlər göndərilir.

Asif Zeynallı qeyd edib ki, görülən tədbirlər nəticəsində bələdiyyənin büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur.

Belə ki, 2025-ci ilin ilk 10 ayında yerli büdcə gəlirləri 213 min 404 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 233 min 236 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində 19 min 832 manat və ya təxminən 9,3 faiz artım qeydə alınıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər