Naidə Məmmədova: “Ələt bələdiyyəsi hər bir sakinin müraciətini diqqətdə saxlayır”
“Bu gün bələdiyyənin əsas vəzifəsi hər bir sakinin müraciətini diqqətdə saxlamaqla, onun həlli ilə bağlı addım atmaq olmalıdır”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu, Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova deyib.
Sədrin
sözlərinə görə, bu günlərdə sakinlər qəsəbə sahibsiz itlərin onlara narahatlıq
yaratması barədə müraciəti bələdiyyədə diqqətlə araşdırlımış və müvafiq quruma
müraciət edilməsi qərara alınmışdır.
Bu
gün müraciətin icrası ilə Ələt bələdiyyəsinin
təşkilatçılığı və "Hevvanlara Qayğı
Mərkəzinin" birgə fəaliyyəti nəticəsində qəsəbə ərazisində ondan artıq sahibsiz it toplanaraq "Sahibsiz və kimsəsiz
heyvanlar üçün sığınacağa" yerləşdirilmişdir.
Sədr
qeyd edib ki, Ələt bələdiyyəsi bundan sonra da həmişə olduğu kimi sakinlərin
müraciətini diqqətdə saxlamaqla onun həlli ilə bağlı addımlar atacaqdır.
Sakinlər bələdiyyənin bu addımını razılıqla qarşılamlışlar.
Belediyye.info
Rəylər
0 Rəy