Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2026 , 19:59

235

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Firdövsi Calalov: “Vətəndaşın bələdiyyədən asılı olan problemi dərhal öz həllini tapır”

“Bələdiyyənin kollektivi hər zaman vətəndaşların müraciətlərini diqqətdə saxlamağı özünə borc bilir. Hər bir kollektiv üzvü bələdiyyəyə müraciət edən şəxsi dinləməklə yanaşı onun həlli ilə addm atmağa çalışır. Bu kollektivin hər bir üzvü üçün əsas fəaliyyət prinsipi hesab olunur”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.

Sədr qeyd edib ki, bələdiyyəyə müraciət edən vətəndaşın qaldırdığı məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılır və bələdiyyədən asılı olam məsələlər dərhal öz həllini tapır. Bu gün Masazır bələdiyyəsinin əsas fəaliyyət prinsipi məhz budur.

Sədr qeyd edib ki, bu günlərdə sakinlərin müraciəti əsasında kəndin Bəşir Səfəroğlu küçəsində eni 4 metr olmaqla 260 metrlik  problemli ərazi bələdiyyə tərəfindən asfalt qırıntsı ilə yayılaraq bərkitmə işləri aparılmış və küçənin bu hissəsi işlək vəziyyətə gətirilmişdir.

Sədr qeyd edib 270 küçəsi olan kəndin hər küçəsində olan problemlər maliyyə imkanları çəriçəvəsində bələdiyyə tərəfindən öz həllini mərhələli şəkildə tapacaqdır.   

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər