Xətai rayonunda sakinlərin sağlamlığı üçün mühüm sanitariya tədbirləri həyata keçirilir
Xətai rayonunda sakinlərin rahat və sağlam yaşayış şəraitinin təmin olunması istiqamətində mühüm tədbirlər davam etdirilir. Xətai Rayon Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində antisanitar vəziyyətin qarşısının alınması, həşəratların yayılmasının aradan qaldırılması məqsədilə genişmiqyaslı dərmanlama və dezinfeksiya işləri həyata keçirilib.
Aparılan tədbirlər çərçivəsində Cavanşir küçəsi 32
ünvanında, Məhəmməd Hadi küçəsi 86 ünvanında, Çingizxan Kərimov küçəsi 6
ünvanında, Gəncə prospekti 51 və Gəncə prospekti 69 ünvanlarında yerləşən çoxmənzilli
yaşayış binalarında ağcaqanad, bit və birəyə qarşı xüsusi dərmanlama işləri
görülüb. Binaların ümumi istifadə sahələri və zirzəmilər sanitar normalara
uyğun şəkildə emal olunaraq antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində
tədbirlər həyata keçirilib.
Bu cür profilaktik tədbirlər sakinlərin sağlamlığının
qorunmasına, yaşayış ərazilərində gigiyenik şəraitin yaxşılaşdırılmasına və
müxtəlif həşəratların yayılmasının qarşısının alınmasına xidmət edir.
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi
ilə həyata keçirilən bu tədbirlər göstərir ki, bələdiyyə yalnız abadlıq və
quruculuq işləri ilə deyil, eyni zamanda sakinlərin gündəlik yaşayış şəraitinin
yaxşılaşdırılması, təmiz və təhlükəsiz mühitin yaradılması istiqamətində də
ardıcıl fəaliyyət göstərir.
Sakinlərin müraciətlərinə diqqətlə yanaşan Xətai Rayon Bələdiyyəsi rayon ərazisində sanitariya, abadlıq və sağlam yaşayış mühitinin təmin olunması istiqamətində tədbirləri davam etdirəcək.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy