Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2026 , 13:21

181

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: “ Birinci rüb ərzində büdcə gəlirlərində ciddi artıma nail olmuşuq”


 “Türkan bələdiyyəsinin əsas fəaliyyəti seçicilərinə xidmətdən başlayır. Hər bir sakininin müraciətinin icrası sonda maliyyə tələb edir. Məhz seçicinin bələdiyyənin inzibati binasından razı getməsi üçün bələdiyyənin rəsmiləri və kollektivi daim bütün qüvvələrini səfərbər edir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tehram Rəhmanov deyib.

Sədr qeyd edib ki, yenilənmiş və təkmilləşdirilmiş BAMS-ın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərində son iki il ərzində ciddi artıma nail olunub.

Belə ki, əgər 2024 -cü ilin birinci rübündə 9.726 manat vəsait əldə edilmişdirsə, cari ilin birinci rübündə bu rəqəm 36.808 manat təşkil edib. İki il ərzində ümumi büdcə gəlirlərində beş dəfəyədək artım müşahidə olunub. Əldə edilən vəsaitin 25.887 manatı əmlak vergisindən, 10.920 manatı isə torpaq vergisindən daxil olub.

Bu uğurun əldə edilməsində seçicilərimizin də mühüm rolu olub. Kollektiv üzvlərinin və vergi xidməti əməkdaşlarının mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlərin təşkil edilməsi, onlarla izahat işlərinin aparılması sonda öz bəhrəsini vermiş oldu.

Məhz bu fəaliyyətin nəticəsində birinci rüb ərzində  qəsəbədə təmir və abadlıq işlərinin aparılması üçün 3.500 manata yaxın vəsait xərclənib. Bununla yanaşı gənclərin futbola marağını nəzərə alıb yaranmış komandaya  on bir dəst idman forması alınıb.

Sədr qeyd edib ki, birinci rüb ərzində həmçinin  şəhid, qazi və aztəminatlı ailələr də unudulmayıb. Şəhid və qazi  ailələrə 650 manatlıq maddi yardım, aztəminatlı ailələrə isə  Ramazan bayramı münasibətilə 1.145 manatlıq bayram sovqatı paylanılmışdır.

 Belediyye.info

 

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz