Xəzər rayonu Şüvəlan bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 03.08. 2025- cü il tarixdən müsabiqə elan edir. O cümlədən:
Namizədin müsabiqəyə buraxılması qaydası:
Müsabiqə hər bir
namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə
icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən
edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
1. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən,
əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq,
müvafiq vəzifənin tələblərinə uyğun peşə
hazırlığlna malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən,
habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş
şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə
qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.
Müsabiqədə
iştirak üçün tələb olunan sənədlər:
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə
iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün
müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:
- vahid forma
üzrə ərizə (1 nömrəli əlavə);
- kadrlar
uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi
hal;
- təhsil
haqqında sənədin surəti;
- şəxsiyyət vəsiqəsinin
surəti;
- əmək
kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar
istisna olmaqla);
- sağlamlıq
barədə arayış;
- hərbi
biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət
hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;
- 3x4 sm
ölçüdə iki ədəd rəngli fotoşəkil.
Müsabiqədə iştirak etmək arzusunda olanlar Şüvəlan bələdiyyəsi-Bakı
şəhəri Xəzər rayonu, A.İldırım küçəsi 32 ünvanındakı inzibati binasında yerləşən
Müsabiqə komissiyasına müraciət edə bilərlər.
Əlaqə nömrəsi: (012) 454 14 24