Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 23:10

65

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Pirəbədil bələdiyyəsi kəndlərarası yolların təmirini davam etdirir

Pirəbədil bələdiyyəsi inzibati ərazisinə daxil olan kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə məlumatı Belediyye.infoya qeyd edən adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib ki, bu çərçivədə İzmara, Xəlfələr və Yelkəsən kəndlərində kəndlərarası yolların təmiri işləri həyata keçirilib. Görülən işlərin əsas məqsədi yolların mövcud vəziyyətini yaxşılaşdırmaq, gediş-gəlişi asanlaşdırmaq və sakinlərin gündəlik nəqliyyat ehtiyaclarının daha rahat şəkildə qarşılanmasına şərait yaratmaqdır.

Bununla yanaşı, ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və sakinlərin hərəkət imkanlarının genişləndirilməsi məqsədilə alternativ yolun çəkilməsi də həyata keçirilib. Bu addım kəndlər arasında əlaqələrin daha əlverişli təşkilinə və yol infrastrukturunun inkişafına töhfə vermək məqsədi daşıyır.

Pirəbədil bələdiyyəsi kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılmasını və əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılmasını diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər kənd sakinlərinin rahatlığının təmin olunmasına, kəndlərarası əlaqələrin gücləndirilməsinə və ərazinin ümumi infrastrukturunun inkişafına xidmət edir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz