Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-09-2026 , 23:25

60

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsində  dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Mingəçevir Bələdiyyəsində “Əbədi yaddaş, unudulmaz qəhrəmanlıq!” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dəyirmi masada Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyəti” mövzusunda çıxış edib. O, Anım Gününün xalqımızın milli yaddaşındakı xüsusi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasındakı tarixi rolundan bəhs edib. Sədr şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz fədakarlığın daim ehtiramla yad edilməsinin və onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Dəyirmi masada Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əliağa Bəndəliyev “44 günlük Vətən müharibəsinin tarixi reallıqları və Zəfərə aparan yol” mövzusunda, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova isə “Şəhid ailələrinin cəmiyyətimizdəki yeri və onların mənəvi irsinin yaşadılması” mövzusunda çıxış ediblər. Həmçinin millət vəkilinin köməkçisi, ehtiyatda olan mayor Pərviz Məmmədov mövzu ətrafında çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və şəhidlərimizin şərəfli döyüş yolu barədə fikirlərini bölüşüb.

Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması ilə davam edib.

Mingəçevir bələdiyyəsi 




Rəylər

0 Rəy


Rəy yaz