Şabran bələdiyyəsi tərəfindən kəndlərdə məlumatlandırıcı lövhələr quraşdırılıb
Şabran bələdiyyəsinin ərazisinə daxil olan bir neçə kənddə ( Liman, Sarvan, Xəlilli, Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı) yaşayış məntəqələrinin adlarını göstərən yeni məlumatlandırıcı lövhələr hazırlanaraq müvafiq ərazilərdə quraşdırılıb.
Quraşdırılan lövhələr
kəndlərin adlarının daha aydın şəkildə tanınmasına, əraziyə daxil olan sakin və
qonaqların istiqamətləndirilməsinə, həmçinin yaşayış məntəqələrinin vizual
görünüşünün daha səliqəli və müasir şəkildə formalaşdırılmasına xidmət edir.
Şabran bələdiyyəsi
tərəfindən ərazinin abadlaşdırılması, kənd və yaşayış məntəqələrinin
görünüşünün yaxşılaşdırılması, ictimai məkanların daha funksional və baxımlı
vəziyyətə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bələdiyyə olaraq əsas
məqsədimiz əhalinin rahatlığının təmin olunmasına, kəndlərimizin tanıdılmasına
və ərazilərimizin daha müasir, səliqəli və baxımlı görkəm almasına töhfə
verməkdir.
Xatırladaq ki,
2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində Çölquşçu və Dəvəçi
bələdiyyələri Şabran bələdiyyəsinə birləşdirilib.
Hazırda Şabran bələdiyyəsinin inzibati ərazisində Şabran şəhəri ilə yanaşı
Çayqaraqaşlı, Çölquşçu, Dəvəçi, Hacıqaraqaşlı, Xəlilli, Qələgah, Ləcədi, Liman,
Mollakamallı, Sarvan, Sincanboyad, Surra kəndləri daxildir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy