Şabran bələdiyyəsinin ərazisinə daxil olan Xəlilli kəndində sakinlərin gündəlik istifadəsində olan dayanacaqda təmir və abadlıq işləri həyata keçirilib.
Aparılan işlər çərçivəsində dayanacağın mövcud vəziyyəti yaxşılaşdırılıb, sakinlərin ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz şəkildə istifadə etmələri üçün şərait yaradılıb.
Bələdiyyə tərəfindən kənd və yaşayış məntəqələrində ictimai əhəmiyyət daşıyan obyektlərin vəziyyətinin yaxşılaşdırılması, abadlıq işlərinin aparılması və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Rəylər
0 Rəy