Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 23:43

38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: Şabran  bələdiyyəsi bundan sonra da milli dəyərlərin təbliğini davam edəcəkdir

“Ramazan ayının mübarək günlərində insanların bir araya gəlməsi, mənəvi dəyərlərin paylaşılması və həmrəyliyin möhkəmləndirilməsi məqsədilə Şabran  bələdiyyəsi tərəfindən rayonunun Çölquşçu kənd məscidində iftar süfrəsi təşkil edilmişdir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.

Sədr qeyd edib ki, təşkil olunan iftar süfrəsində kənd sakinləri, ağsaqqallar bir araya gələrək müqəddəs Ramazan ayının fəzilətlərindən bəhrələnmiş, birlik və qardaşlıq ruhunu bölüşmüşlər. Belə tədbirlər cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, insanlar arasında qarşılıqlı hörmət və həmrəyliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sədr diqqətə çatdırıb ki, Şabran  bələdiyyəsi bundan sonra da milli dəyərlərin təbliği, eləcə də cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcəkdir.

Uca Allahdan tutulan orucların, edilən duaların qəbul olunmasını diləyir, müqəddəs Ramazan ayının hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq və əmin-amanlıq gətirməsini arzu edirik”- bu fikirləri də Fidan Fərzəliyeva deyib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər