Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-03-2026 , 16:13

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qum bələdiyyəsi hesabat yığıncağı keçirib

Bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi fəaliyyət göstərərək ərazi icmasının sosial-iqtisadi inkişafı, yerli problemlərin həlli, vətəndaş müraciətlərinin təmin olunması istiqamətində mühüm səlahiyyətlər həyata keçirir. Bu fəaliyyətin şəffaf, ictimai nəzarətə açıq olması üçün mütəmadi olaraq hesabat yığıncaqları keçirilir.

 Qax rayonunun Qum  bələdiyyəsinin əhatə etdiyi Ləkit və Güllük  kəndlərində 2025-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Hesabat yığıncağında bələdiyyə büdcəsi daxilində sakinlərə sosial, iqtisadi və humanitar yardımların göstərilməsi, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi prosesində güzəştlərin tətbiqi və sənədləşmə işlərində köməklik göstərilməsi, aztəminatlı ailələrə mərhumlarının dəfn və yas mərasimlərinin təşkili üçün zəruri xərclərin verilməsi,  ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi, daxil olmuş vətəndaş müraciətləri və onların həlli ilə bağlı görülmüş işlər barədə əhaliyə məlumat verilmişdir.

Həmçinin hesabat yığıncağında büdcə və maliyyə vəsaitinin xərclənməsi, şəffaflığın təmin olunması, qarşıda duran vəzifələrin və prioritetlərin müəyyənləşdirilməsi, vətəndaşların irad və təkliflərinin dinlənilməsi, ictimai iştirakçılığın təmin olunması kimi məsələlər müzakirə olunmuşdur.

Sonda hesabat yığıncaqlarının keçirilməsinin demokratik idarəetmənin mühüm elementi olduğu diqqətə çatdırılmışdır.

Qax rayonu, Qum bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər