Naxçıvan Bələdiyyələrinə reklamlardan daxil olan ödənişlərin həcmi dörd dəfə artıb
DSK-dan
Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Naxçıvan Muxtar Respublikasında formalaşan 170 bələdiyyənin
büdcə gəliri 1.973.200 manat olub. Bu 2023-ci llə müqayisədə 6.0 faiz çox deməkdir.
Əldə edilən gəlirin 21.1 faizi vergilərdən, 78.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 5.9 faizi torpaq, 15.2 faizi əmlak
vergisindən daxil olub. Naxçıvan bələdiyyələrinin büdcə gəlirinin 40.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərizndə Naxçıvan bələdiyyələrinə 380.200 manat dotasiya ayrılıb. İl ərzində
bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən25.800 manat, daşınmaz əmlak üzərində
reklam
daşıyıcısının yerləşdirilməsindən
daxil olan ödənilərdən 31.600
manat manat, mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 1800 manat və
avtodayanacaqlardan 100 manat maliyyə vəsaiti daxil olub. Əldə edilən vəsaitin
21.700 manatı fiziki şəxslərdən daxil olan ianələr, 293.500 manatı isə digər istiqamətlərdən
daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy