Belediyye.infonun doqquzillik fəaliyyətinə qısa bir nəzər
25 may
tarixi Belediyye.info üçün əziz bir gündür. 2015-ci ilin məhz bu günü sayt fəaliyyətə
başlayıb. Artıq nə az nə çox düz doqquz ildir ki, bələdiyyələrin fəaliyyətinin
təbliği ilə, həmçinin üzləşdikləri problemlərin həlliylə məşğuluq. Hər halda
çalışırıq. Bəzən istəyimizə nail ola bilməsək də ruhdan düşmürük. Əhatə dairəmizi
genişləndiririk. Müvafiq qurumlarla əlaqələri yüksək səviyyədə qurmağa
calışmışıq. Müəyyən nəticələri də əldə etmişik. Bu nəticələrin əldə edilməsində həm
Administrasiyanın bələdiyyələrlə iş
sektorunun, həm Ədliyyə nazirliynin müvafiq qurumlarının böyük rolu olub. Milli bələdiyyə assosiasiyalariyla
və “Bələdiyyələrə onlayn xidmət” mərkəziylə əməkdaslığın şəffaf müstəvi üzərində
qurulması nəticə etibarilə bələdiyyələrin üzləşdiyi problemlərin birgə həlli
yollarının müəyyən edilməsində, deyərdim ki, həlledici rol oynamaqdadır.
Hər halda
Administrasiyanın müvafiq sektorunun son iki ilə yaxın bir muddətdə bələdiyyələrin
inkişafına göstərdiyi dəstək ondan xəbər verir ki, bələdiyyələrin inkişafi, cəmiyyətdə
çəki və nüfuzu, həmçinin üzləşdikləri problemlərin həlli bundan sonra müsbət
dinamika ilə davam edəcəkdir. Ədliyyə nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin
və regional ədliyyə idarələrinin də atılan addımlara dəstək vermələri bələdiyyələrin
gələcək fəaliyyətinə daha nikbin baxmaqla
ümidləri bir xeyli artırıb.
Hər halda
belə əziz gündə özümüzə sağlıqlı illərlə vətənimizin, dövlətimizin, o cümlədən
bələdiyyə sisteminin inkişafına bundan sonra da dəstək verməklə, ümumi inkişaf prosesinə bizdə Belediyye.info olaraq bundan
sonra da var qüvvəmizlə çalışaraq öz töhfənizi verməyə çalışacağıq.
Vüqar
Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy