Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-03-2024 , 17:04

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Solovyov erməni milyonçuların puluna satılıb

Martın 22-də Moskvada "Krokus Siti Holl”da baş verən dəhşətli terror aktında Azərbaycan izini axtarmağa cəhd göstərən ermənipərəst rusiyalı jurnalist Vladimir Solovyovu bu dəfə də erməni milyonçular dingildədib.

Onun ermənipərəst mövqeyi, illərdir, apardığı anti-Azərbaycan kampaniyası faktdır. O, hər dəfə beynəlxalq jurnalistikanın etik norma və prinsiplərinə məhəl qoymadan işğalçı ölkənin maraqlarını qorumaqla yanaşı, Azərbaycana qarşı əsassız çıxışlar edib.

Bəs, məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələr Solovyovun boş başına haradan girib.

Xatırlayırsızsa, Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin Moskvada, “Krokus Siti Holl”da baş verən dəhşətli terror aktını erməni silahlıların törədə biləcəyini istisna etməyib.

Bu barədə o, Yutub kanalına açıqlamasında deyib. Kaşin bildirib ki, hər kəs ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını xatırlayır. Eyni zamanda, o, “Krokus Siti Holl”un azərbaycanlıya məxsus olduğunu və buna görə də ermənilərin hücum edə bilmək ehtimalını irəli sürüb. Belə ki, icraçının kim olmasından asılı olmayaraq, əsas diqqət hazırda sifarişçinin üzərindədir

Bu inandırıcı ehtimalı diqqətdən yayındırmaq məqsədilə erməni milyonçuları Solovyovu dingildədiblər. O, da Azərbaycanı hədəfə almağa cəhd göstərib. Bununla da Azərbaycan-Rusiya dostluğuna xələl gətirmək niyyətinin həyata keçəcəyinə ümid edib. Axı ermənilərin çörəyini yeyən Solovyov Ermənistan-Rusiya "qardaş"lığının düşmənçiliyə çevrildiyini yaxşı başa düşür.

1963-ü ildə Moskvada yəhudi ailəsində doğulan jurnalistin müəllif proqramlarında rus şovinisti və erməni təəssübkeşi olduğu açıq sezilir. İqtisad elmləri namizədi, ABŞ-ın Alabama Universitetində iqtisadiyyat sahəsində müəllimlik etmiş bu şəxs Qərb əleyhinə mülahizələri də seçilir. O, hər il Rusiya erməni icmasının “Kreml sarayı”nda təşkil etdiyi illik bayram proqramlarında iştirak edir və erməni auditoriyasına Ararat dağını (Türkiyə ərazisindəki Ağrıdağı) bir gün geri qaytarmalarını arzulayır.

Təsadüfi deyil ki, 2013-cü il dekabrın 6-da Vladimir Solovyov Ermənistanın sabiq prezidenti Serj Sərkisyan tərəfindən “Şərəf “ ordeni ilə mükafatlandırılıb. “Şərəf” ordeni Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərə görə verilir.

O, ermənilərə sevgisini də etiraf edib.

"Teleaparıcı kimi püxtələşməyimdə və televiziya həyatımda erməni anam adlandırdığım Qayane Samsonovna Ambartsumyan ("Vladimir Solovyovla axşam" verilişinin baş redaktoru – red) çox böyük rol oynayıb”, - deyən Solovyov, əlavə edib ki, ən yaxın dostları arasında bir çox tanınmış erməni, o cümlədən, məşhur iş adamı, xeyriyyəçi, "Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan da var.

Samvel sadəcə yaxşı dost deyil, hər dəfə övladlarım dünyaya gələndə, Samvelin xanımı Eteri - bilmirəm, o, bunu necə bacarır, hamıdan əvvəl palatada peyda olur, özü də körpələrçün çox gözəl hədiyyələr gətirir. Hamıdan əvvəl deyəndə, ailəmizin üzvü olmayan insanları nəzərdə tuturam, çünki adətən özüm doğuşda iştirak edirəm”, - deyə Solovyov bildirib”.

Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla da sıx əməkdaşlıq etdiyi məlumdur. Çox güman ki, məlum mülahizələrin sifarişçlərin biri də onlardır. 

Erməni daşnaklar kimi Solovyovun məqsədi xalqlar arasında milli münaqişə yaratmaq, Rusiya kimi çoxmillətli ölkədə millətlərarası çaxnaşma salmaqdır.

Solovyovun sənəti, vicdanı Karapetyan kimi erməni milyonçuların puluna satılıb.

Cavid Şahverdiyev 

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024

Bilgəh bələdiyyəsinə yeni sədr seçilib

Gündəlik Xəbərlər
02-04-2024

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024