Bələdiyyə sədri: “Büdcə vəsaitlərimizi artırmaq üçün var qüvvəmizlə çalışsaq da...”
"Vəndam bələdiyyəsində son illər əmlak vergisinin yığımında ciddi irəliləyişlər əldə olunub” - bu fikirləri Belediyye.infoya Qəbələ rayonu Vəndam Bələdiyyəsinin sədri Asif Həşimov bildirib. Sədrin sözlərinə görə, illər üzrə əmlak vergisinin yığımı belə olmuşdur: 2019-cu ildə 1.415 manat, 2020-ci ildə 1.781 manat, 2021-ci ildə 2.262 manat, 2022-ci ildə 4.489 manat, 2023-cü ildə isə 4.987 manat təşkil edib.
Cari ilin iki ayı ərzində isə 840 manat əmlak vergisi toplanılıb.
Müvafiq
olaraq büdcə gəlirlərində tutduğu yer isə
2.6 faiz, 3.7 faiz, 4.2 faiz, 8.0 faiz,
və ötən il isə 12 faiz təşkil edib. Cari
ilin iki ayı ərzində isə ümumi əldə etdiyimiz gəlirin 8.3 faizi əmlak
vergisinin payına düşür.
Sədr
bildirib ki, əmlak vergilsinin bələdiyyə büdcəsində həcminin az olmasının səbəbləri
kimi aşağıdakı halları qeyd etmək olar:
-tarif
dərəcələrinin aşağı olması,
-mülkiyyət
sahiblərinin əksəriyyətinin imtiyazlı olmaları,
və kənd yerində insanların mülklərinə sənəd
almaq imkanlarının və maraqlarının olmamasıdır
Bununla
yanaşı təklif edərdik ki, vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq
maddədə vətəndaşların "mülkiyyətində" sözündən sonra "həm də
"istifadəsində" sözü əlavə edilsin. Bu əlavənin edilməsi nəticədə
yığımı xeyli artırmış olacaqdır.
Hər halda bələdiyyə büdcəsinə əlavə maliyyənin daxil olması nəticə etibariylə vətəndaşın üzləşdiyi problemin sürətli həlli deməkdir.
Nəticə etibariylə bələdiyyə olaraq vətəndaş məmnunluğunu təmin etmiş oluruq. Odur ki, büdcə vəsaitlərimizi artırmaq üçün bələdiyyənin kollektivi var qüvvəsiylə çalışsa da, hər halda qanunvericiliyə əlavə və düzəlişlərin edilməsinə bu gün çox böyük ehtiyac var.
Belediyye.info
Rəylər
0 Rəy