Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 23:11

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Siyasi rəhbər bələdiyyənin inzibati binasında qəbul keçirirsə...

Müşahidələr göstərir  ki, bir çox hallarda bələdiyyənin inkişafı, habelə qarşlaşdıqları problemlərin həlli bələdiyyələrin  yerli icra hakimiyyəti orqanları ilə əlaqələrinin hansı səviyyədə olmasından da asılıdır.

Bu gün  bələdiyyə sədrlərinin fəaliyyətlərində məhz bu məqamı diqqətdə saxlamaları təqdirlayiq haldır. Etiraf edək ki, bu qurumların birgə fəaliyyəti, çiyin-çiyinə çalışması nəticə etibariylə vətəndaş məmnunluğunu təmin edilməsində əvəzsiz rol oynayır.  

Maraqlı məqam ondadır ki, bir çox hallarda rayonların siyasi rəhbərlərindən daha çox, aşağı ranqlı məmurlar bu əlaqələrin sivil formada qurulmasına və əməkdaşlığın davam etdirilməsinə maraqlı görünmür və bələdiyyələrin fəaliyyətinə qısqanclıqla yanaşır, hər addımda fəaliyyətlərinin təbliğinə maneə yaradırlar.

Ancaq bələdiyyələrlə əməkdaşlıq edən, problemləri birgə dəf edən, bələdiyyə institutunun inkişafına can yandıran rayon icra hakimiyyətləri də az deyil. Və bu rayonların sayında xoşbəxtlikdən artım da müşahidə edilməkdədir.

Yeri gəlmişkən, ötən il bələdiyyə-icra münasibətlərinə aydınlıq gətirilməsi məqsədiylə paytaxtın 12 rayon icra hakimiyyəti başçısına rəsmi şəkildə müraciət etsəmdə, onlardan yalnız altısı - Nərimanov, Sabunçu, Xəzər, Səbail, Piallahı və Nəsimi RİH-ləri müraciətimi cavabsız qoymadılar.  

Hər halda düşünmək olar ki, rayonların siyasi rəhbərləri bütün hallarda bələdiyyələrin inkişafına maraqlı olmalı və bu inkişafa öz töhfələrini verməyə borcludurlar.  

Son aylarda bununla bağlı apardığım bəzi müşahidələr nəticəsində gəldiyim qənaəti oxucularımla bölüşmək istərdim.

Yasamal RİH başçısı Elşad Həsənov keçirdiyi vətəndaş qəbullarının bir qismini Yasamal bələdiyyəsinin inzibati binasında keçirməsi, qəbulda bələdiyyə sədrinə yer ayırması, habelə paylaşılan məlumatlarda bələdiyyənin adının xüsusi vurğulanması təqdirəlayiq haldır. Yasamal rayonunda ilk gündən şəffaf və səmimiyyətə söykənən əlaqələrin qurulması alqışa layiqdir və münasibətin elə bu şəkildə davam etməsi  arzusundayıq.  Onu da əlavə edim ki, RİH-də çalışan məmurlar birmənalı olaraq yerli vergilərini ödəməklə, sakinlər arasında nümunə göstərmələri diqqəti çəkən məqamdır. Bəzi RİH başçılarından və məmurlarından fərqli olaraq Yasamal bələdiyyəsinin ərazində yaşayan məmur - vergi ödəyiciləri vergilərin ödəməklə həmdə digərlərinə nümunə göstərirlər.

Əlavə edim ki, Sabunçu, Səbail , Nərimanov və Xətai  rayonlarında da bələdiyyə-icra münasibətləri nümunə gətirilə biləcək səviyyədə qurulub. Hər halda Sabunçu RİH başçısı Adil Vəliyevin Kürdəxanı bələdiyyəsinin inzibati binasında qəbul keçirməsi, o cümlədən Ramana və Zabrat bələdiyyələri üçün inzibati bina məsələsinin operativ şəkildə həllinə canı dildən çalışması təqdirlayiq haldır. Bu RİH-lərin paylaşdıqları hər bir məlumatda bələdiyyəni diqqətdə saxlaması müsbət dəyərləndirilməlidir.

Hər halda bizim məqsədimiz bələdiyyə-icra münasibətlərinin sivil şəkildə qurulmasına çalışmaqdır. Bu iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması rayonda vətəndaş məmnunluğunun həm də təminatçısı olduğunu da unutmamalıyıq.

Odur ki, digər RİH-lərin söylənilən təcrübədən yaralanmasını tövsiyə edərdik.

Vüqar Tofiqli

 

    

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər