Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-12-2023 , 18:49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Vüqar Quliyev: "Nizami Bələdiyyəsi BAMS proqramının yenilənməsi ilə bağlı atılan addımları alqışlayır"

"Nizami Bələdiyyəsi BAMS proqramının yenilənməsi ilə bağlı atılan addımları alqışlayır və tez bir zaman kəsiyində bələdiyyələrin qarşısında dayanan məsələlərin həllinə nail olacağına ümid edir”- bu fikirləri bələdiyyə sədri Vüqar Quliyev bələdiyyə qulluqçularının və vergi müfəttişlərinin iştirakıyla keçirilən görüşdə bildirib.
Sədr bildirib ki, Bələdiyyələrlə iş Mərkəzində qurumun rəhbəri Rəhman Məmmədovun sədrliyi ilə keçirilən görüşdə BAMS proqramının təkmilləşdirilmiş yeni versiyasının işlək vəziyyətə gətirilməsiylə bağlı Adminstrasiyanın müvafiq sektorunun tövsiyəsi ilə “Bələdiyyələrin onlayn xidmət mərkəzi” tərəfindən ciddi addımların atıldığını və yeniliklərin tətbiq edildiyi bildirilmişdir.
Görüşdə bu istiqmətdə müxətlif səpgili təkliflərin səsləndirilməsi hər bir bələdiyyə üzərində məsuliyyət yükünü artırmış oldu.
BAMS proqramının artıq Əmlak məsələləri Dövlət Xidmətinin sisteminə inteqrasiya olunması və hazırda BAMS-ın mobil-notariat sisteminə qoşulmasıyla bağlı atılan addımlar bələdiyyələrin büdcə gəlirlərinin bir xeyli artmasına səbəb olacaq. Lakin bu işdə bələdiyyənin vergi xidməti prosesin icrasına ciddi əməl etməklə yaranan problemlərin həlliylə bağlı, o cümlədən informasiya bazasının tam və ətraflı şəkildə tamamlanmasıyla bağlı ciddi addım atmalıdır.
Bakı şəhəri Nizami Bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz