Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2023 , 19:50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Zəfər günü münasibəti ilə Bərdə regional ədliyyə idarəsində tədbir keçirilmişdir.

8 noyabr - Zəfər günü münasibəti ilə Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İdarənin rəisi Fəqan Şabanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsinin qərara alındığını bildirdi. O, xalqımızın bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərinə, sağlamlığını itirən qazilərimizə və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə borclu olduğunu qeyd edərək, şəhidlərimizn əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif etdi.

Daha sonra çıxış edən idarənin əməkdaşları dövlətmizin qazandığı misiliz uğurların məhz Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün daxili və xarici siyasətin nəticəsində əldə olunduğunu vurğulayaraq, bir ədliyyə qulluqçusu olaraq daim Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdikləri bildirdilər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Gündəlik Xəbərlər
21-11-2023

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Gündəlik Xəbərlər
21-11-2023