Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2023 , 20:06

2728

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Cərimələrin artırılmasından rüşvətə gedən yol - RƏY


Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayından etibarən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri kommunikasiya xətlərinə qoşulması qadağan edilir. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

   Ekspertlər hesab edir ki, yeni qadağa sənədsiz evlərin tikintisinin qarşısını ala bilər, lakin hazırda mövcud olan sənədsiz evlərlə bağlı illərdir qalan problemi çətin ki həll etsin. Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan 500 mindən çox fərdi ev var. Üstəlik, xeyli torpaq sahələri də var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib. Və onların özəlləşmələrində ciddi problemlər qalmaqdadır.

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu yenilik bundan sonra sənədsiz, icazəsiz aparılacaq tikintilərə qarşı yönəlib. Lakin:

- Əgər biz bundan sonra sənədsiz evlərin tikintisinə qadağa qoymaq istəyiriksə, icazəsiz tikintilərin qarşısını almaq istəyiriksə, əvvəlcə məmurların yaratdığı problemi – sənədsiz evlər problemini həll etməliyik, onların hüquqi statusunu müəyyən etməklə. Cinayət Məcəlləsinə edilən dəyişiklik prosesin qarşısını ala bilər, amma indiyədək mövcud olan və hazırda da mövcud olan problemlə bağlı bəzi neqativ halları da artıra bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi deyək ki, tikintiyə icazə vermədi. Kimsə də getdi aldığı torpaq sahəsində fərdi ev tikdi. Kommunikasiya məsələlərinə səlahiyyəti çatan hansısa bir qurumun əməkdaşı da gəldi, su çəkdi, qaz xəttinə qoşdu və ya elektrik enerjisinin verilməsini təmin etdi. Və iddia etdi ki, bu xətlər burada çoxdan var, vətəndaş qoşulub. O zaman nə olacaq? Cərimələrin artırılması rüşvətin miqdarının da artmasına gətirib çıxarır. Əgər biz problemi həll etmək, prosesin təkrarlanmamasını istəyiriksə, məsələnin kompleks şəkildə həllində maraqlı olmalı, yanaşma tərzini dəyişməli və müvafiq orqanlar qarşısında konkret vəzifələr qoymalıyıq. İndiyədək tikilmiş evlərin sənədləşdirilməsi məsələsi yekunlaşmalıdır. Bu prosesə start verib başa çatdırmaq lazımdır ki, dövlət büdcəsinə kifayət qədər vəsait daxil olsun.

https://sherg.az/cemiyyet/241575

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər