Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-09-2023 , 19:48

3481

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutularaq yad edilir. 

Dövlət başçısı tərəfindən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilmiş 27 sentyabr – Anım Günü ilə bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda tədbirlər keçirilib, ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar. II Fəxri xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, nazirlikdəki barelyefi önünə gül səbəti qoyulub.

Keçirilən tədbirdə qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, onların xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Çıxış edən nazir 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizdən bəhs edib, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın 30 illik erməni işğalından azad edildiyini, həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı vurğulayıb.

Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olan hərbi təxribatlarına qarşı aparılan lokal xarakterli antiterror tədbirlərini qeyd edərək, Azərbaycanın suverenliyinin tam təmin edildiyini söyləyib. 

Bildirilib ki, dövlətimizin başçısı və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan şəhid ailələrinin və qazilərimizin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür. 

Ədliyyə Nazirliyi də ilk gündən ordumuzla həmrəy olaraq dəstək nümayiş etdirib, şəhid ailələrinin və müharibə veteranlarının müraciətlərinə, onların qayğılarına daim həssaslıqla yanaşılır.

Tədbirlərdə ədliyyə orqanlarında çalışan Vətən müharibəsi veteranları iştirak edib, ailə üzvü şəhid olmuş və döyüşlərdə yaralanmış əməkdaşlara diqqət və qayğı göstərilib.

Nazirliyin Zəfər muzeyində 44 günlük Vətən müharibəsi və vətənpərvərliklə bağlı filmlər, slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mediada çıxışlar edilib, internet saytda və sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
528

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
586

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1038

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
681

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
614

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
946

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
804