Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2023 , 20:51

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev:  “İnanıram ki, Nərimanov bələdiyyəsinin haqlı tələbinə ədalətli qərar veriləcəkdir”


Bir müddət öncə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət ünvanlamışdı.

Müraciətin əsas məzmunu bələdiyyənin inzibati binasıyla bağlı həm tikinti şirkətinin, həm də  bir sıra mərkəzi icra orqanların dəstəyi ilə bələdiyyənin iyirmi il ərzində fəaliyyət göstərdiyi binanın özəlləşdirilməsində iştirak edən insanların bu orqana qarşı tutduğu qeyri-qanuni mövqeyi ilə əlaqədar məhkləmə instansiyasının qəbul etdiyi qərarla bağlı idi. 

Bəs bu gün vəziyyət nə yerdədir.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Təmraz Tağıyev bildirib ki, hörmətli İnam Kərimovun təyinatında sonra hər bir müraciətə diqqətlə yanaşıldığını görmək olar. Ali Məhkəmənin sədrinin gəlişiylə bu struktura yeni nəfəs gəldiyini etiraf etməliyəm. Bizim müraciətə də diqqət göstərilib. Müraciətimiz baxılması üçün  dərhal Nərimanov məhkəməsinə göndərilib. İnanıram ki, Nərimanov bələdiyyəsinin haqlı tələbinə ədalətli qərar veriləcəkdir.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Otelləri ən çox pul qazanan 16 rayon

Gündəlik Xəbərlər
13-12-2023

İnamın bariz nümunəsi

Gündəlik Xəbərlər
10-12-2023

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Gündəlik Xəbərlər
02-12-2023

Şuşa rayonu üzrə payızlıq əkin davam edir

Gündəlik Xəbərlər
01-12-2023