Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-08-2023 , 18:52

5070

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib



Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə səyyar qəbulların keçirilməsi vətəndaş məmnunluğu doğurmaqla əhaliyə layiqli xidmət göstərilməsinə, onların müraciətlərinə yerində baxılaraq təmin olunmasına xidmət edir.

Avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Şamaxıda keçirilmiş səyyar qəbulda Şamaxı, İsmayıllı, Qobustan və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Sonra vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər çərçivəsində nazir həmçinin, yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.

Görüşdə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunan silsilə tədbirlərdən bəhs olunaraq təməli Ulu Öndər tərəfindən qoyulan və dövlət başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi ədliyyə və məhkəmə islahatlarından danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılaraq, müvafiq tapşırıq və tövsiyələr verilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz