Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-08-2023 , 23:23

5228

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Konstitusiya dəyişikliyinə hazırlıq başladı: bələdiyyələrə əlavə səlahiyyətin verilcəyi  gözlənilir

Azərbaycanda bütün rayon-şəhər icra hakimiyyətlərinin başçıları Prezident Adminstrasiyasından gələn təlimat əsasında məzuniyyətdən geri çağırılıb. Onlar avqustun 15-dən etibarən işə çıxmalıdırlar, çünki vacib dövlət tədbirinin həyata keçirilməsinə hazırlıq başlanıb.

Bu barədə Gununsesi.info-ya məlumat verən mənbə bildirib ki, payızda ölkədə Konstitusiya dəyişikliyi üçün  referendumun keçirilməsi planlaşdırılır. Məlumata görə, hazırlanan layihədə icra, qanunverici hakimiyyət sistemində bir sıra mühüm dəyişikliklərin aparılması yer alıb.

Belə ki, yerli icra hakimiyyətlərinin ləğv olunacağı, onları 14 iqtisadi zona üzrə Prezidentin Xüsusi nümayəndələrinin əvəz edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda əksər dövlət qurumlarının rayonlar üzrə yerli şöbələri ləğv edilərək onların səlahiyyətləri regional idarələrə verilib.

Nəticədə, yerli icra hakimiyyətləri demək olar ki, səlahiyyətsiz qalıb, hökumətin məqsədi bu qurumları da regional idarəçilik sistemi ilə əvəzləməkdir.

Mənbə bildirib ki, referendumda ümumxalq səsverməsinə çıxarılacaq məsələlərdən biri də Milli Məclisin tərkibinin genişləndirilməsi, iki palatalı parlament institutunun yaradılmasıdır. Belə ki, 151 nəfərdən ibarət olacaq aşağı palata, regional təmsilçilik əsasında yuxarı palata-Senatın formalaşdırılması nəzərdə tutulub.

Məlumata görə, layihədə Nazirlər Kabinetinin ləğv olunması, vitse-prezidentlik institunun gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, habelə seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də yer alıb.

Mənbəmiz xüsusi ilə qeyd edib ki, parlament seçkilərinin proporsioanl qaydada keçirilməsi də təkliflər sırasındadır. İlin əvvəlindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, onun tələblərindən irəli gələrək, Ədliyyə Nazirliyinin apardığı proses də proporsional seçki sisteminə keçidin tərkib hissəsidir.

Xatırladaq ki, Azərbaycanda  bundan əvvəl 2000-ci ildə, 2009 və 2016-ci illərdə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

https://www.gununsesi.info/icra-bascilari-m%c9%99zuniyy%c9%99td%c9%99n-geri-cagirildi/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
526

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
584

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1036

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
679

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
611

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
943

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
802