“Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə Tovuz və Masallı rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Bu barədə məlumatı Ekologiya və Təbii sərvətlər nazirliyi yayıb.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metdoları əyani olaraq göstərilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Rəylər
0 Rəy