Dövlət Ekoloji Ekspertiza Ağentliyinin mövqeyi hansı səbəbdən birmənalı qarşılanmır?
Dövlət Ekoloji Ekspertiza Ağentliyinin mövqeyi birmənalı qarşılanmır?
Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti Nəbatat bağıyla bağlı diqqətiçəkən məlumat paylaşmışdı. Bizdə o məlumatı paylaşdıq. Belə düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyəti 46 hektarlıq yaşıllıq zolağında ciddi addımlar atmağa qərarlıdır və bu ərazini paytaxt sakinlərinin ən maraqlı istirahət zonasına çevirmək niyyətindədir. Olsun. Etiraf edim ki, Nəbatat bağıyla bağlı nəzərdə tutulan layihənin tezliklə gerçəkləşəcəyinə qəti əminəm.
Ancaq məlumatda paylaşılan bir məqam xeyli vaxtdır məni düşündürməkdədir. Belə ki, məlumatda qeyd edilirdi ki, bağa “baxış zamanı ərazidə son dövrlərdə ziyanvericilərin sirayət etməsi nəticəsində bir neçə ağacın xəstəlikdən quruduğu müşahidə olunub və qurumuş ağacların bəzilərinin götürüldüyü, bəzilərinin isə qaldığı müəyyən edilib. Xəstəliyin digər ağaclara keçməməsi üçün Nəbatat Bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib”
İndi BŞİH-nin tapşırığına əsasən Nəbatat bağının rəhbərliyi köküstə qurumuş ağacları götürmək üçün müvafiq olaraq Yasamal bələdiyyəsinə müraciət etməli olacaq. Çünki prosedur qaydaları belə təsdiq olunub. Bələdiyyədə öz növbəsində Dövlət Ekoloji Ekspertiza Ağentliyinə müraciət edərək köküstə qurumuş ağacların götürülməsi üçün rəy verilməsini istəyəcək.
Maraqlı məqam isə ağentlik tərəfindən verilən rəy olacaq. Rəy məktubunda ağentlik rəsmiləri yəqinki ağacın qurumasının səbəbinin öyrənmək üçün xüsusi komissiya yaradılmasını zəruri hesab edəcək. Sözsüz ki, bütün hallarda rəy məktubunda komissiyanın necə və hansı formada yaradılması barədə söhbət açılmayacaq. Olsun, yəqin ki, normativ-hüquqi sənədlər belə tələb edir.
İndi təsəvvür edin ki, bu prosesin Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı olması səbəbindən yazışmaların aylarla davam edəcəyinə inanmasam da, hər halda düşünürəm ki, prosesi sadələşdirməyin zamanı çatıb. Konkret. Çünki prosesdə Dövlət Ekoloji Ekspertiza Ağentliyinin tutduğu mövqe bir çox hallarda cəmiyyətdə birmənalı qarşılanmır və həm vətəndaşlar arasında, həm də bələdiyyələr arasında narazılığı artırır. Bu sırada, xüsusəndə bələdiyyələrin vətəndaşlarla üz-üzə qoyulması isə ümumiyyətlə qəbul edilmir. Ən əsası bu prosesdə şəffaflıq təmin edilmir, vətəndaşa və ətrafa ciddi təhlükə yaradan ağacların götürülməsi üçün günlər yox, aylar lazım olur. Bütün hallarda prosesin icrasında "bir pəncərə" sistemin yaradılması zəruriəti yaranıb.əsi üçün günlər yox, aylar lazım olur. Bütün hallarda prosesin icrasında "bir pəncərə" sistemin yaradılması zəruriəti yaranıb.
İstənilən halda bu prosedur qaydalarının dəyişməsi, prosesdə şəffaflığın təmin edilməsinə ilk növbədə Dövlət Ekoloji Ekspertiza Ağentliyi təkliflərlə çıxış etməyə borcludur. Çünki bu gün əsas neqativ məhz bu quruma yönəlib. Hər halda düşünməyə dəyər.
Vüqar Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy