Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 19:58

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mina terroruna qarşı İctimai Platforma öz işinə başlayıb 

Mina terroruna qarşı İctimai Platforma öz işinə başlayıb 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlt Dəstəyi Agentliyində Mina terroruna qarşı İctimai Platformanın birinci iclası keçirilib. 

Mina terroruna qarşı İctimai Platformanın əlaqələndiricisi, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, İctimai Platforma olaraq mina terrorunun qarşısının alınması istiqamətində fəaliyyətimizi davamlı şəkildə həyata keçirməyi planlaşdırırıq. “Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciətlərimiz, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Ermənistanın hərbi cinayətlərinə susmamağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırışlarımızı davam edəcəyik”.

İclasda iştirak edən İctimai Platformanın üzvləri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri haqqında beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsız qalıb. “Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz terror fəaliyyətinə münasibət bildirinə qədər müraciətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.  

İşçi qaydada keçirilən tədbirin sonunda qərara alınıb ki, mina terroruna qarşı İctimai Platforma təkliflər paketini hazırlayacaq və sənəddə yer almış fəaliyyətlərin icrası ilə əlaqədar zəruri addımlar atacaqdır

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Gündəlik Xəbərlər
21-11-2023

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Gündəlik Xəbərlər
21-11-2023

Nazirlikdə ƏMƏLİYYAT: Direktor saxlanıldı

Gündəlik Xəbərlər
17-11-2023